İQTİSADİ
A- A A+

"Bakı-Tblisi-Qars layihəsi bölgənin qurtuluşudur"

2017-03-05 22:50:03

"Bakı-Tblisi-Qars dəmir yolu layihəsi bölgənin qurtuluşudur".

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.
 Nazir vurğulayıb ki, bu layihə bölgənin iqtisadi inkişafına ciddi təsir edəcək: "Bakı-Tbilisi-Qars layihəsi artıq başa çatmaq üzrədir. Bu layihə həm Qarsın, həm də bölgənin qurtuluşudur. Təkcə bu layihə ilə kifayətlənmək olmaz. İğdırı Naxçıvana, İrana və Pakistana birləşdirəcəyik. İki gün öncə prezident Rəcəb Tayyib Ərdoğanla Pakistanda olarkən 10 ölkənin rəsmiləri ilə görüşlər keçirdik və görüşlərdə əsas diqqət Bakı-Tbilisi-Qars və Qars-İğdır-Naxçıvan layihələrinə yönəlmişdi".
 Nazir bu layihənin yeni investisiya qoyuluşlarına səbəb olacağını bildirərək əlavə edib ki, bunun üçün Qarsda logistika mərkəzinin yaradılmasına qərar verilib: "Qars Logistika Mərkəzinin tenderini keçirdik. Layihənin ümumi dəyəri 100 milyon lirədir. Bu günlərdə mərkəzinin təməli qoyulacaq". "Ermənistanın bu addımları məkrli planlardan xəbər verir"

 Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında Ermənistanın son günlər cəbhə xəttində vəziyyəti gərginləşdirməsinin məkrli plan olduğunu deyib.

“Düşünürəm ki, Ermənistan rəhbərliyinin bu gün belə təxribatları tez-tez törətməsinin hansısa bir səbəbi var. Mən hələ ki, onun haqqında heç nə demək istəmirəm.
Ötən il Vyana və Sankt-Peterburqda artıq bu cür təxribat xarakterli addımların olmaması, yəni sərhəddə, təmas xəttində sabitliyin, sakitliyin qorunub saxlanılması əsas prinsip kimi irəli sürüldü. Buna baxmayaraq, Ermənistan tərəfinin bu addımları atması onların hansısa məkrli planının olmasından xəbər verir. Ona görə də bir qədər gözləyək".


Kateqoriya : İQTİSADİ Baxış sayı : 944

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-08 16:35:41

CƏMİYYƏT
Bayrağımız - milli qürur mənbəyimiz...
Bayrağımız - milli qürur mənbəyimiz...

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...