2017-03-04 14:20:50 | CƏMİYYƏT
Almaniya Bundestaqının üzvü Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanat verib

Almaniya Bundestaqının üzvü Mark Hauptman Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanat verib. Bəyanat “Südthüringen Kruier” qəzetində “Dağlıq Qarabağ münaqişəsinin 25 illiyi” adı ilə dərc olunub

Bəyanatda deyilir ki, bu il erməni silahlı qüvvələri tərəfindən mülki vətəndaşlara qarşı törədilmiş dəhşətli cinayətlərdən, o cümlədən Azərbaycan ərazilərinin beynəlxalq hüquqa zidd olaraq işğalından 25 il keçir. Münaqişə nəticəsində on minlərlə insan həyatını itirib, yüz minlərlə insan evlərindən qovulub. 1994-cü ilin may ayından qüvvədə olan atəşkəs sazişinə və tərəflərin münaqişəni beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həll etməyə sadiq olduqlarını dəfələrlə bildirmələrinə baxmayaraq, sərhəd ərazilərində tez-tez silahlı toqquşmalar baş verir. Sonuncu dəfə ağır artilleriyadan da istifadə olunub. Münaqişənin müddəti və keçən il müşahidə olunmuş eskalasiyası bölgədəki təhlükəsizlik və sabitlik üçün ciddi şəkildə narahatlığa əsas verir. Münaqişənin tezliklə sülh yolu ilə həll olunması vacibdir. Bunun üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun səyləri bundan sonra da dəstəklənməlidir. Zorakı eskalasiyaların qarşısı alınmalıdır. Bu, siyasi həll üçün təxirəsalınmaz şərtdir.
Beynəlxalq hüququn normaları və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri birmənalıdır: Cənubi Qafqaz ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı münaqişənin sabit həlli yolunun əsasıdır. Bu, ilk növbədə beynəlxalq hüquqa zidd olaraq işğal edilmiş ərazilərin geri qaytarılması və öz evlərindən didərgin salınmış məcburi köçkünlərin yurdlarına qayıtmaq hüququ deməkdir.
Bəyanatda bildirilir ki, güc tətbiqinin qadağan olunması beynəlxalq münasibətlərin əsas bünövrəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda yerləşən Xocalı şəhərində baş vermiş faciənin bir daha təkrarlanmaması üçün hər şey edilməlidir.
M.Hauptman son olaraq vurğulayır ki, münaqişənin siyasi yolla həlli üçün göstərilən cəhdlər uğursuz olsa da, münaqişə ərazilərində insanların humanitar vəziyyətinin yaxşılaşdırılması və bölgənin gələcəyi naminə diplomatiya zamanın tələbi olaraq qalır. (AZƏRTAC)

   

 

 

Baxış sayı : 1188
Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir 2020-11-30 09:15:17 Qarabağ xalçalarının salnaməsi 2020-11-30 09:05:44 Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq 2020-11-30 08:10:58 ANAMA Suqovuşana çəkilən yolu minalardan təmizləyir 2020-11-30 07:45:18 Vətən müharibəsi zamanı əməliyyatların minimum itkilərlə həyata keçirilməsi böyük uğurdur 2020-11-30 07:40:59 Fransalı jurnalist: Gəncə və Bərdə şəhərlərində gördüyümüz səhnələr dəhşətli idi 2020-11-29 13:50:45 Müzəffər Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir! 2020-11-29 13:35:04 Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı 2020-11-29 08:35:31 Qələbəmizi tərənnüm edən əsərlər 2020-11-29 08:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib 2020-11-28 21:05:34 "İnsanlarda koronavirusa qarşı immunitet yarananda virus aramızdan gedəcək" 2020-11-28 20:40:27 Şəhid ailələri və müharibə əlillərinin üçün tədbirlər planı hazırlanıb 2020-11-28 10:45:56 Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb 2020-11-28 09:30:42 Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir 2020-11-28 09:20:33 Azərbaycanın Tarix və Mədəniyyət Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin YUNESKO-nun Baş katibi Odre Azule xanıma M Ü R A C İ Ə T İ 2020-11-27 18:30:01 “Münaqişənin həllində yeni mərhələyə qədəm qoymuşuq” 2020-11-27 18:10:49 Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir - Vüsal Qasımlı 2020-11-27 10:20:00 Fransa senatorlarının erməni təəssübkeşliyinin motivləri deşifrə olundu 2020-11-27 09:15:00 "Euronews" erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırladı 2020-11-27 08:35:06 Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır 2020-11-27 08:25:48 "Kəlbəcərdə Azərbaycanla sərhəddə qapılar müvəqqəti qoyulub" 2020-11-27 07:50:05 “Qarabağ – mədəniyyətimizin beşiyi”: Pənahəli xanın imarəti 2020-11-26 15:25:56 Hulusi Akar Fransa Senatının bəyanatını pislədi 2020-11-26 15:10:10 Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq 2020-11-26 08:55:09