MƏDƏNİ
A- A A+

“Qarabağ kolleksiyası” Britaniyanın “Vogue” jurnalında

2017-03-03 09:55:14

Yüzillik tarixi olan “Vogue” jurnalının Britaniya bölməsi moda, üslub və gələcək tendensiyaların carçısıdır

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, Britaniya bölməsinin internet səhifəsi diqqətini bu il London Moda Həftəsində təqdim olunacaq aparıcı kolleksiyalardan birinə – 25 yaşlı berlinli dizayner Leoni Mergenin “Qarabağ Kolleksiyası”na cəmləyib. “Vogue” jurnalının internet səhifəsində kolleksiya ilə tanış olmaq üçün aşağıda qeyd edilən linkə daxil olmaq lazımdır: http://bit.ly/voguekarabakhcollection 

Məlumat üçün bildirək ki, “Qarabağ kolleksiyası”nın ilk təqdimatı ötən ayın ortalarında Berlində “Mercedes-Benz” Moda Həftəsi çərçivəsində və daha sonra yenə də Almaniya paytaxtında “L’Oréal Professionnel” brendinin hər il keçirilən ənənəvi tədbirində reallaşıb. London Moda Həftəsi adətən beynəlxalq moda elitasının qaymaqları olan 5000-dən artıq insanı cəlb edir. Tədbirdən sonra Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Londonun Şorditç rayonunda yerləşən Andaz Studiyasında keçirilən ziyafətdə 100-ə yaxın yüksək təbəqədən olan modasevərlər iştirak edib. Tədbir BBC və AzTV tərəfindən işıqlandırılıb.

Leoni hazırkı kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanan silsilə parçalarından ibarətdir. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxalar və qollu çuxalar təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksesuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.

Leoni Mergenin mədəniyyətlərarası əlaqəni qeyri-adi formada əks etdirən, eyni zamanda, texniki cəhətdən bacarıqla yerinə yetirilmiş geyim nümunələri auditoriya tərəfindən yüksək qiymətləndirilib. Bu kolleksiyanın hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədi ilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir.

“Sleek” jurnalı yazır ki, “Dizayner dərin kəsilmiş yaxaları uzunqol örtüklərlə nazik parıltılı dəri və incə ipəklə kombinasiya etmiş və bununla qədim İpək Yolunda birləşdirici mərkəz olmuş Azərbaycanın irsinə müraciət etmişdir. Dizaynerin ilk özünəməxsus nümayişində həndəsi formada olan göy və tünd qırmızı rəngli ornamentlər regionun məşhur kilimlərini xatırladır”.

Şərhçi Harri Let “C-Heads” jurnalında dərc edilən məqalədə yazıb: “Əşyalar formasına görə təvazökar olsa da xəz, ipək, məxmər və dərinin birləşməsi onları çox zəngin və mürəkkəb edir: bunlar dərin, cəlallı rənglərlə bərq vuran və mülayim, klassik tekstura ilə zəngin olan əşyalardır. Mergen həqiqətən ənənə pərəstişkarıdır və bizə ənənənin tərəqqi ilə necə birləşə bildiyini göstərir; biz irəli getmək üçün ənənələrdən imtina etməməliyik, biz onları azad və dürüst şəkildə əhatə etməliyik.”

Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov bildirib: “Qarabağ kolleksiyası TEAS üçün çox maraqlı layihədir və biz gənc berlinli dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və bu layihəni dəstəkləməkdən məmnunuq. Beynəlxalq media məkanında yüksək səviyyədə işıqlandırılan və geniş auditoriyanın diqqətini cəlb edən “Qarabağ kolleksiyası”nın təqdimatı çərçivəsində Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu göstərmək və milli mədəni irsimizi qorumaq üçün çox gözəl imkandır”.

 

 

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 275

QHT və MEDİA

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

2018-01-13 09:10:40

QHT və MEDİA
Yeni muzeyin açılış mərasimi keçirilib...
Yeni muzeyin açılış mərasimi keçirilib...

Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası Kafedrasının müdiri, əməkda...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...