İQTİSADİ
A- A A+

5520 nəfər əlil və şəhid ailəsinə mənzil verilib

2017-03-03 09:15:07

Əlil və şəhid ailəsinin problemi həll olunur

Əlilliyi olan şəxslərə dövlət qayğısından bəhs edərkən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olan vətəndaşların mənzillə təminatı proqramını da xüsusi qeyd etmək yerinə düşər.
 Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 20 iyun 2014-cü il tarixli Sərəncamı bu istiqamətdə tədbirlərin daha da güclənməsinə şərait yaradıb. 
Sərəncamın icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təkcə 2016-cı ildə 288 nəfər imtiyazlı şəxsi mənzillə təmin edib ki, onlardan 182 nəfəri Qarabağ müharibəsi əlilləri olub. 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, indiyədək  5520 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub və onlardan 3641 nəfəri ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olan vətəndaşlar, qalanları şəhid ailələri, İkinci Dünya müharibəsi əlilləri, Çernobıl AES əlilləri və müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillərdir.
Həmçinin ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5888 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili verilib.

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 366

QHT və MEDİA

2018-08-20 07:45:01

QHT və MEDİA
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...

Polşada nəşr edilən “Ambasador” jurnalının 35-ci sayında Azərbaycan Xalq Cümh...

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

CƏMİYYƏT

2018-08-19 19:10:24

CƏMİYYƏT
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarla...

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...