TƏDQİQATLAR
A- A A+

“The Jewish Journal”: Döyülən, amma əzmi qırılmayan: Xocalını xatırlarkən

2017-03-01 08:45:03

Xocalı haqqında

ABŞ-da çıxan “The Jewish Journal” nəşrində Xocalı qırğını zamanı möcüzəli şəkildə sağ qalmış Dürdanə Ağayevanın “Döyülən, amma əzmi qırılmayan: Xocalını xatırlarkən” məqaləsi dərc olunub. Məqalə müəllifi 1992-ci ilin fevralında erməni ordusunun hücumundan xilas olmağa çalışarkən əsir düşməsindən və erməni əsgərləri tərəfindən xüsusi amansızlıqla döyülməsindən yazır. D.Ağayeva o soyuq gecəni təsvir edərək yazır ki, fevralın 25-də Xocalı güclü top atəşinə tutulub. O, qaçmağa çalışanda əsir düşüb və erməni əsgərləri tərəfindən işgəncələrə məruz qalıb.

“Human Rights Watch” hüquq müdafiə təşkilatının Dağlıq Qarabağ münaqişəsində “ən kütləvi qətliam” adlandırdığı həmin gecədə 613 günahsız dinc sakin qətlə yetirilib. Müəllif qeyd edir ki, uzun illər bu hadisələri unutmağa çalışıb, amma mükafat alan erməni hərbi qulluqçusu haqqında məqaləni internetdə oxuyanda və bu hərbi qulluqçuya baxıb ona işgəncələr vermiş erməninin sifətini xatırlayanda, əsirlikdə üzləşdiyi dəhşətlər haqqında bütün həqiqəti açıqlamaq və tez-tez Xocalı hadisələrindən danışmaq qərarına gəlib.

D.Ağayeva yazır ki, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Los-Ancelesdə yeni sənədli filmdə çəkilib. “Qaranlıqdan qaçarkən” filmi ilk dəfə fevralın 21-də Los-Ancelesdə dünya şöhrətli Tolerantlıq Muzeyində nümayiş etdirilib.

Sonda BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin, Avropa Şurasının, Avropa Parlamentinin və NATO-nun Ermənistanın davam etməkdə olan təcavüzünü pisləyən qətnamələrindən yazan məqalə müəllifi Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə nizamlanacağına ümid bəslədiyini bildirir.(AZƏRTAC)

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 664

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...