MÜSAHİBƏ
A- A A+

Vidadi Muradov: Xocalı ərazisində tarixən nadir Azərbaycan xalçaları toxunub

2017-02-27 09:55:28

Qarabağ Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir

Bu bölgəyə daxil olan Xocalı rayonunun Badara, Ballıca, Dağ Qışlaq, Dağbulaq, Qaladərəsi, Qızılqaya, Mehdibəyli və digər kəndlərində tarixən məşhur Azərbaycan çeşniləri əsasında bir-birindən gözəl xalçalar toxunub. Xüsusilə XIX əsrin əvvəllərindən rayon işğal olunanadək bu proses daha intensiv şəkildə davam edib. Bu kəndlərdə yaşayan boyaqçıların, toxucuların, xalça tacirlərinin Şuşada, Ağdamda, Ağdərədə, Kəlbəcərdə, Laçında, Xocavənddə, Xankəndidə yaşayan həmkarları ilə sıx yaradıcılıq ənənələri olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov deyib.

“Qarabağ bölgəsinin xalçaçılıq tarixi” adlı elmi-fundamental layihə çərçivəsində Xocalı rayonunun 30-a yaxın xalça və xalça məmulatı, 50-ə yaxın xalçaçısı haqqında məlumatlar, fotoşəkillər topladıqlarını bildirən V.Muradov deyib: “Bu xalçaçılar respublikamızın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşıblar. Artıq 25 ildir ki, Xocalı işğal olunub. Lakin bu xalçaçıların heç biri öz xalça toxumaq bacarığını itirməyib. Əksinə, çətin şəraitdə olsalar belə, bu sənəti yaşada, hətta gənclərə öyrədə və sevdirə biliblər”.

Vidadi Muradov bildirib ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətə başlayacaq yeni filiallarında respublikamızın digər bölgələrindən olan xalçaçılar kimi Xocalı xalçaçıları da daimi iş yerləri ilə təmin olunacaqlar. Onlar öz bilik və bacarıqlarını istehsalatda tətbiq edəcək, Azərbaycan xalçaçılığının inkişafına öz töhfələrini verəcəklər.

““Azərxalça” gələcəkdə filiallarını Xocalı ilə yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl və Ağdam rayonlarında da yaratmaq niyyətindədir. Bu filialların tam gücü ilə fəaliyyət göstərməsi üçün Qarabağ bölgəsi zəngin və istedadlı kadr potensialına malikdir”, - deyə Vidadi Muradov əlavə edib.

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 852

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...