CƏMİYYƏT
A- A A+

Fransalı ekspert: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qəbuledilməzdir

2017-02-27 09:20:15

Tədbir

Parisdə, Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Xarici Siyasət Təhlil Mərkəzinin (CAPE) nəşr direktoru, geosiyasət üzrə ekspert Didye Şodenin “Qafqaz dövlətləri: Fransanın geosiyasi və maraq məkanları” mövzusunda konfrans keçirilib.

Qafqaz məkanında baş verən hadisələri təhlil edən D.Şode Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayırıb. O deyib ki, Azərbaycan istəsə günü sabah Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğaldan azad edə bilər.

D.Şode Azərbaycanın hərbi imkanlarından söz açıb, onun hərbi büdcəsini Ermənistanın dövlət büdcəsi ilə müqayisə edib. O, həmçinin münaqişənin hazırkı vəziyyəti haqqında məlumat verərək, dünya dövlətlərinin, xüsusilə də Qərbin laqeydliyinə, Minsk qrupunun zəif fəaliyyətinə və bəzi ölkələrin ikili yanaşmasına toxunub. Ekspert real vəziyyətin Ermənistanın müstəqil olmadığını göstərdiyini bildirib.

Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo Azərbaycan üçün qəbuledilməzdir və bu vəziyyət belə davam edə bilməz.

D.Şode 2016-cı ilin aprelində erməni təxribatı nəticəsində yaranan 4 günlük müharibənin Azərbaycanın nəyə qadir olduğunu bir daha aydın göstərdiyini vurğulayıb. O əlavə edib ki, Azərbaycan hər an işğal altındakı torpaqlarını azad etməyə qadirdir.

Ekspert Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük dövlətlərin təzyiqinin vacib olduğunu qeyd edib.

 Sonra müzakirələr aparılıb və konfransda iştirak edən tədqiqatçılar suallarla müraciət edib, öz fikirlərini bölüşüblər. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov müzakirələrə qoşularaq Xocalı soyqırımının törədilməsinə Ermənistanın indiki prezidenti Serj Sarkisyanın əmr verdiyini söyləyib. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. (AZƏRTAC)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 695

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...