SİYASƏT
A- A A+

Vaşinqtonda erməni təxribatının qarşısı alınıb

2017-02-27 08:40:04

Vaşinqtonda Azərbaycan Respublikasının Səfirliyi qarşısında bir qrup erməni təxribatçı aksiya keçirməyə çalışıb və həmvətənlərimiz bu təxribata layiqli cavab verib

Səfirlikdən APA-ya verilən məlumata görə, Ermənistan hakimiyyətinə bağlı erməni lobbist təşkilatlarının təşəbbüsü və dəstəyi ilə təşkil edilən və az sayda iştirakçının qatıldığı aksiyada əsas diqqət “Sumqayıt hadisələri” ilə bağlı guya Azərbaycan tərəfinə etirazın bildirilməsi və ölkəmizə qarşı təxribatçı şüarların səsləndirilməsi olub.

 Sözügedən aksiyadan xəbər tutan Azərbaycan diasporunun üzvləri həmin təxribata qarşı aksiya keçirərək Qarabağın əzəli Azərbaycan torpağı olduğu, Ermənistanın işğalçı dövlət kimi Azərbaycan torpaqlarını dərhal boşaltması, Ermənistan hakimiyyətinin Xocalıda törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasına yönəlmiş çağırışlar edərək erməni aksiyasını uğursuz vəziyyətə salıb. Soydaşlarımızın səsləndirdiyi Əsgər Marşı və Dövlət Himni sədaları altında erməni təxribatçı qrupu dağılışmaq məcburiyyətində qalıb.

  Erməni lobbistlərinin bu təxribatçı aksiyasının əsas məqsədi Azərbaycan tərəfindən Xocalı qətliamı barədə həqiqətlərin ABŞ-da tanıdılması üçün bir çox şəhərlərdə həyata keçirdiyi çoxsaylı tədbirlərdən diqqəti yayındırmaqdır. Aksiyanın Xocalı soyqırımının ildönümü günü təşkil edilməsi də bunu bir daha göstərir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 797

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...