SOSİAL
A- A A+

Xocalı soyqırımı İtaliyanın Siena Universitetində anıldı

2017-02-24 08:30:17

“Sonsuz dəhliz” sənədli filmi təqdim olundu

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və İtaliya-Azərbaycan Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə İtaliyanın Siena şəhərində yerləşən Siena Universitetində Xocalı qətliamının qurbanlarına həsr olunan və bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi nümayiş etdirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən tədbirdə Siena meriyasının təmsilçiləri, tədqiqatçılar, şəhər ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfirliyinin birinci katibi Erkin Heydərli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, Xocalı soyqırımının bu təcavüzün kulminasiyası olması barədə məlumat verib. Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymətin verilmədiyini bildirən diplomat Azərbaycan hökumətinin, xüsusən də “Xocalıya ədalət!” kampaniyasının bu istiqamətdə fəaliyyəti barədə danışıb. 
Sapienza Universitetinin müəllimi Daniel Pommier ölkəmiz, onun tarixi, Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımının hüquqi və elmi aspektləri barədə geniş məruzə ilə çıxış edib. Daniel Pommier, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkənin dövlət quruculuğunda oynadığı həlledici rolu və son illərdə iqtisadiyyat, sosial, humanitar və demokratikləşmə sahələrində əldə edilmiş nailiyyətləri xüsusi vurğulayıb.
Siena Universitetinin professoru Alessandro Donato Xocalı soyqırımı ilə bağlı eşitdiklərindən mütəəssir olduğunu və beynəlxalq ictimaiyyətin bu soyqırımı barədə az məlumatlı olduğunu təəssüflə qeyd edib. O, gələcəkdə bu kimi bəşəriyyət əleyhinə cinayətlərin qarşısının alınması üçün Xocalı soyqırımına layiqli qiymət verilməsinin zəruriliyini diqqətə çatdırıb. 
Sonra “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib. 
Film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilib və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə hər il dünyanın müxtəlif şəhərlərində təqdim olunur. 
Bu film tanınmış prodüser Aleksandras Brokas və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında çəkilib.  
Filmin nümayişindən sonra tarzən Fəxrəddin Qafarov və gənc ifaçı Nofəl Aslanovun ifasında həzin musiqi ifa edilib.




Kateqoriya : SOSİAL Baxış sayı : 1115

QHT və MEDİA

2020-05-30 16:00:05

QHT və MEDİA
Azay Quliyev: “Ermənistanın Şuşa təxrib...
Azay Quliyev: “Ermənistanın Şuşa təxrib...

Onlayn tədbir çərçivəsində COVID-19 pandemiyası dönəmində çoxtərəfli diplom...

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...