QHT və MEDİA
A- A A+

Ankarada “Saxta “erməni məsələsi” və həqiqətlər” mövzusunda konfrans

2015-05-14 09:50:44

Ankarada “Saxta “erməni məsələsi” və həqiqətlər” mövzusunda keçirilən elmi konfransda Azərbaycanın və Türkiyənin tanınmış tarixçi alimləri iştirak ediblər.

Ankarada “Saxta “erməni məsələsi” və həqiqətlər” mövzusunda keçirilən elmi konfransda Azərbaycanın və Türkiyənin tanınmış tarixçi alimləri, siyasətçilər, ictimai xadimlər, gənc tədqiqatçılar iştirak ediblər.

Türkiyənin nüfuzlu analitik mərkəzlərindən biri hesab edilən və erməni məsələsi ilə bağlı çoxistiqamətli tədqiqatlar aparan, çoxlu sayda nəşrlər hazırlayan Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi konfransı açan mərkəzin rəhbəri, sabiq nazir Həsən Cəlal Gözəl ermənilərin Türkiyəyə qarşı irəli sürdüyü ittihamların heç bir əsası olmadığını bildirib. Türkiyənin hətta hərbi arxivlərini belə açmağa hazır olduğunu xatırladan natiq diqqətə çatdırıb ki, ermənilər şəffaf müzakirələrdən qorxduqları üçün 1915-ci il hadisələri ilə bağlı saxta məlumatlarla böhtan kampaniyası aparmağa üstünlük verirlər.

Konfransda çıxış edən Giresun Universitetinin rektoru, Azərbaycan əsilli tarixçi alim, professor Aygün Attar və tanınmış tədqiqatçı Kamal Çiçək əsl soyqırımların müxtəlif dövrlərdə Şərqi Anadoluda və Azərbaycanda məhz ermənilər tərəfindən törədildiyi barədə tarixi faktları konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

 

Sabiq səfir Necati Utkan ermənilərin türk diplomatlarına qarşı törətdikləri terror aktları, Türkiyə Böyük Millət Məclisinin üzvü Hüseyn Çelik isə ermənilərin Van vilayətində həyata keçirdikləri kütləvi qırğınlar barədə məlumat veriblər. H.Çelik faktlar və məntiqi mülahizələrlə əsaslandırıb ki, erməni millətçiləri və din xadimlərinin Azərbaycana, Türkiyəyə qarşı düşmənçiliyindən səfalət içində olan Ermənistanın əhalisi əziyyət çəkir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1226

QHT və MEDİA

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...