MƏDƏNİ
A- A A+

“Qarabağda şimşək çaxır” kitabının təqdimatı

2017-02-17 08:50:45

Yeni nəşr

“Qarabağda şimşək çaxır” əsəri “İşğal vadisi” və “Sarı gəlin“dən sonra yazıçı Yusif Kərimovun son üç ildə Qarabağ hadisələrindən bəhs edən üçüncü kitabıdır. Müəllifin torpaq sevgisi, Vətən dərdi, yurd itkisi barədə çox böyük ürəkağrısı ilə yazdığı bu kitablarının leytmotivini Qarabağ mövzusu təşkil edir.

Bu sözlər Beynəlxalq Mətbuat Mərkəzində nasir, publisist, Əməkdar Jurnalist Yusif Kərimovun “Qarabağda şimşək çaxır” kitabının təqdimat mərasimində səslənən fikirlərin ortasından qırmızı xətlə keçib. Bədii yaradıcılıqla məşğul olduğu 40 ildən artıq müddətdə 20-dək kitabı işıq üzü görən yazıçının Xocalı soyqırımının 25 illiyi ərəfəsində çapdan çıxmış Qarabağ ağrısından yoğurulmuş növbəti kitabı da müəllifin öz əbədi mövzusuna sadiq qaldığını göstərir.

Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun təklifi ilə tədbir iştirakçıları Xocalı hadisələri, ümumən Vətən torpağı uğrunda qurban gedənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ahıl Jurnalistlər Məclisinin sədr müavini, Əməkdar Mədəniyyət İşçisi Məzahir Süleymanzadə, yazıçı-jurnalist Fazil Güney, yazıçı-dramaturq Aqşin Babayev kitabda müəllifin faktlara, baş verən hadisələrə yanaşmaq bacarığından, həmin mövzuda yazdığı çoxsaylı yazıların içərisindən seçib kitaba daxil etdiyi publisistik və bədii əsərlərin yaradıcılıq məziyyətlərindən danışıblar.

Tanınmış jurnalist İntiqam Mehdizadə öz çıxışında kitabda çox dəyərli bədii nümunələr toplandığını, hətta film çəkmək üçün mövzu verən əsərlər olduğunu qeyd edib. O, müəllifə qələmə aldığı mövzunun davamı kimi “Qələbə” romanı yazmağı arzulayıb.

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 207

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...