MƏDƏNİ
A- A A+

Əcnəbi telekanalda Azərbaycana həsr olunan proqram təqdim edilib

2017-02-15 09:30:35

Daşkənddəki “Dunyo boylab” televiziya kanalında özbək dilində “Telesayohat Ozarbayjon” adlanan ikihissəli proqram nümayiş etdirilib

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında reallaşan proqramın 1-ci hissəsində Azərbaycan, Bakı şəhəri, şəhərin turizm imkanları, tarixi binaları, turistlərin səyahət etdiyi maraqlı məkanlar, ölkəmizin mədəniyyəti, adət-ənənələri, son illər əldə edilmiş nailiyyətlər geniş işıqlandırılıb. 
Verilişdə öz gözəlliyi ilə seçilən və turistlərin marağına səbəb olan Heydər Əliyev Beynəlxalq Aeroportu, Qız qalası, İçərişəhər, Ginnesin rekordlar kitabına düşən möhtəşəm Bayraq Meydanı, habelə müasir memarlıq nümunələri, Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Xalça Muzeyi və s. haqqında da məlumatlar verilir.
Proqramda Xalça Muzeyi, burada saxlanılan qədim xalçalarımız haqqında məlumatlarla yanaşı, 2016-cı ilin sentyabrında Mədəniyyət və Turizm Nazirliyi və AMM-in birgə təşkilatçılığı ilə İçərişəhərdə özbək gənclərinin çıxışı və konsert proqramından kadrlar nümayiş etdirilir.
Verilişin 2-ci hissəsində Azərbaycanın Gəncə şəhəri, şəhərin ümumi mənzərəsi, Xan bağı, Cavad xanın məqbərəsi, Nizami məqbərəsi göstərilir və onların tarixi haqqında danışılır. 
Ötən il Gəncədə keçirilən Türkdilli Ölkələrin Gənclər Festivalı barədə də verilişdə süjetlər təqdim edilir, Azərbaycan təbiətinin incisi Göygöl haqqında danışılır. (АZƏRTAC)

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 529

QHT və MEDİA

2018-10-22 09:55:11

QHT və MEDİA
"Star" layihəsinin siyasi və təhlükəsizl...
"Star" layihəsinin siyasi və təhlükəsizl...

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qe...

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...