SİYASƏT
A- A A+

Məcburi köçkünlərlə bağlı vacib qərar

2017-02-14 23:00:07

Azərbaycan prezidenti İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman verib

APA-nın məlumatına görə, fərmana əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunacaq.
 Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödəniləcək. Eyni zamanda həmin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat məbləğində müəyyən edilib. 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 540

QHT və MEDİA

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

2019-01-18 16:05:33

QHT və MEDİA
Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in ...
Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in ...

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsəd və prinsiplərini dəstə...

CƏMİYYƏT

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

2019-01-17 13:20:07

CƏMİYYƏT
“Times of San Diego” qəzeti Cocuq Mərca...
“Times of San Diego” qəzeti Cocuq Mərca...

Müəllif Bakıda keçirilmiş 6-cı Beynəlxalq Humanitar Forumla bağlı təəssüratla...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...