MƏDƏNİ
A- A A+

“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində

2017-02-13 10:25:40

Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə mühazirə və ustad dərsləri keçirildi

Dərslərdə Rəssamlar İttifaqının üzvü, bir çox portret və süjetli xalçaların müəllifi, əsərləri dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan, Azərbaycan Xalça Muzeyinin xalçaçı-rəssamı Taryer Bəşirovun və muzeyin Şuşa filialının müdiri Səbinə Əzizovanın “Çətən dünyanı gəzər, yurdumu bəzər” adlı mühazirələri dinlənilib.

Mühazirədə 33 il xalçaçı-rəssam kimi fəaliyyət göstərən, bir sıra portret, tematik xalça və çətənlərin müəllifi olan Taryer Bəşirov bu sənətin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və məişətdəki əhəmiyyətindən bəhs edib. Xalçaçı-rəssamın müəllifi olduğu “Nizami-850”, “İçərişəhər”, “Oğuznamə”, “XX əsrin korifeyi” adlı müasir çətən nümunələrindən ibarət sərgi də açılıb.

Həmçinin Səbinə Əzizovanın “Çətən dünyanı gəzər, yurdumu bəzər” adlı mühazirəsində çətən sənətinin Avropa ölkələrinə gəlişi, müasir dövrdə ona olan tələbatın artma səbəbi haqqında iştirakçılara ətraflı məlumatlar verib.

Sonra bu sənət növü ilə maraqlanan gənclərə Taryer Bəşirov və muzeyin aparıcı elmi işçisi Günay Əhmədova tərəfindən ustad dərsləri də keçirilib.

 

Çətən üzrə mühazirə və ustad dərslərinin keçirilməsində məqsəd unudulmaqda olan texnologiyaları bərpa etmək, gənc nəsli maarifləndirmək və bu texnologiyaların nəsildən-nəslə ötürülməsinə şərait yaratmaqdır.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 550

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...