SOSİAL
A- A A+

“XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabı bölgələrdə

2017-02-09 09:50:17

Yeni nəşr

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabının bölgələrdə və paytaxtda təqdimatı keçirilir, alimin iştirakı ilə Bilik evlərində "dəyirmi masalar", mühazirələr, görüşlər təşkil olunur.

Bilik Fondunun hazırladığı proqrama əsasən, O.Kuznetsovun ilk görüşü Şəmkir Heydər Əliyev Mərkəzində olub. Rusiyalı alim Bilik Evinin təşkilatçılığı ilə ictimaiyyət nümayəndələri – təhsil işçiləri, tarixçilər, rayonun fəal gəncləri ilə görüşüb.

Mərkəzin və Bilik Evinin direktoru, millət vəkili Sona Əliyeva O.Kuznetsovun araşdırmaları barədə məlumat verərək, ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri əhatəli işıqlandırdığına görə müəllifə təşəkkürünü bildirib.

Rusiyalı alim «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabında əksini tapan faktlardan danışaraq, bildirib ki, ermənilər azərbaycanlılarla yanaşı, tarixin müxtəlif dönəmlərində dünyanın başqa xalqlarına qarşı da terror aksiyaları törədiblər.

Rusiyada yaratdıqları “armenian-terrorism.com” saytının fəaliyyətinə diqqət çəkən O.Kuznetsov deyib ki, dünya ictimaiyyəti bu saytın köməyi ilə erməni vəhşiliyindən daha dəqiq xəbərdar olacaq.

Fevralın 7-də Bilik Fondunun təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində də O.Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı keçirilib.

Mərasimdə müəlliflə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Milli Məclisin deputatı Pərvin Kərimzadə, təhsil və mədəniyyət işçiləri, tarixçilər, şəhərin fəal gəncləri iştirak ediblər.

S.Qurbanəliyeva O.Kuznetsovun beynəlxalq terrorizm mövzusunda araşdırmaları ilə MDB məkanında tanınmış mütəxəssislərdən biri olduğunu deyərək, erməni millətçilərinin törətdiyi cinayətlərin təhlili və dəyərləndirilməsi zamanı müəllifin

beynəlxalq hüququn terrorizmə qarşı mübarizəyə yönələn normalar sistemini əsas götürdüyünü vurğulayıb.

Kitabda erməni terroruna sistemli şəkildə yanaşıldığını deyən “Новости Гянджи” qəzetinin baş redaktoru İrina Kalaşnikova diqqətə çatdırıb ki, azәrbaycanlılar dәfәlәrlә ermәni terrorizmi ilә üz-üzә qalıb. Ermənilər Dağlıq Qarabağ vә әtraf әrazilәri işğal edәrәk әhaliyә qarşı qırğınlar törәdib. Xocalı soyqırımı isə bunların kulminasiya nöqtәsi olub.

Növbəti görüş Naftalan şəhərində keçirilib. Qonaqlar ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, Naftalan şəhər Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərlə tanış olublar.

Naftalan şəhər S.Vurğun adına 2 nomrəli tam orta məktəbdə keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, təhsil işçiləri, tarixçilər, fəal gənclər iştirak ediblər.

Fevralın 8-də Mingəçevirdə yerli ziyalılarla görüşən O.Kuznetsov apardığı araşdırmada erməni terrorunun tarixi, mahiyyəti barədə geniş faktlar əldə etdiyini, ermənilərin 1988-1994-cü illərdə Azərbaycanda həyata keçirdikləri terror aktlarını dərindən araşdırdığını bildirib.

Fevralın 9-da rusiyalı alimi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev qəbul edəcək.

Sonra O.Kuznetsovun Azərbaycan Dillər Universitetində və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda yerli ictimaiyyətin nümayəndələri – gənclər və ziyalılarla görüşləri nəzərdə tutulur.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 540

QHT və MEDİA

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

2018-09-15 00:05:31

QHT və MEDİA
Tariximizin şanlı səhifəsi: Bakının qurt...
Tariximizin şanlı səhifəsi: Bakının qurt...

Bu tarixi hadisənin sevincini o zaman yenicə nəşrə başlamış "Azərbaycan" qəze...

CƏMİYYƏT

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

2018-09-17 09:30:12

CƏMİYYƏT
Parad Azərbaycan-Türkiyə birliyinin sars...
Parad Azərbaycan-Türkiyə birliyinin sars...

Paradda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı 1918-ci il 15 sentyab...

İQTİSADİ

2018-09-12 11:20:53

İQTİSADİ
Aİ-Azərbaycan tərəfdaşlıq sazişi üzrə da...
Aİ-Azərbaycan tərəfdaşlıq sazişi üzrə da...

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq barədə yeni saziş üz...

2018-09-10 21:25:18

İQTİSADİ
TRASEKA-nın Katibliyi ilə Mərkəzi Asiya ...
TRASEKA-nın Katibliyi ilə Mərkəzi Asiya ...

Sentyabrın 10-da mənzil-qərargahı Bakıda yerləşən TRASEKA Hökumətlərarası Ko...