İQTİSADİ
A- A A+

Xəzərdə iqtisadi əməkdaşlıq haqqında sazişin layihəsi müzakirə olunub

2017-02-03 11:10:33

Xəzər dənizi hövzəsi ölkələri arasında ticari-iqtisadi əməkdaşlığa dair sazişin layihəsi Aşqabadda Xəzəryanı dövlətlərin nümayəndələri tərəfindən müzakirə olunub

Tədbir Türkmənistan Xarici İşlər Nazirliyi, İqtisadiyyat və İnkişaf Nazirliyi, habelə Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə dövlət müəssisəsi tərəfindən təşkil edilib. AZƏRTAC Türkmənistan KİV-lərinə istinadla xəbər verir ki, Xəzər regionu ölkələrinin müvafiq nazirlik və idarələrinin rəhbərləri və aparıcı mütəxəssislərinin iştirak etdiyi görüşdə Xəzəryanı dövlətlər arasında ticari-iqtisadi əməkdaşlığa dair Türkmənistan tərəfindən hazırlanmış sazişin layihəsi müzakirə edilir. 
Belə bir saziş bağlamaq təşəbbüsü 2014-cü ilin sentyabr ayında Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən səslənib.
Türkmənistan tərəfinin fikrincə, bu sənəd Xəzəryanı dövlətlər arasında ticari-iqtisadi əlaqələri şaxələndirməyə və Xəzər regionunun mühüm enerji, sənaye və nəqliyyat-tranzit potensialını reallaşdırmağa imkan verəcək.
Danışıqların gedişində daimi fəaliyyətdə olan Xəzər İqtisadi Forumunun yaradılması məsələsinin müzakirə edilməsi də nəzərdə tutulur. Bu forum region ölkələrinin hakimiyyət və işgüzar dairələrinin nümayəndələri üçün səmərəli danışıqlar məkanına çevrilə, habelə regionun investisiya cəlbediciliyinə müsbət təsir göstərə bilər.

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 739

QHT və MEDİA

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...