MƏDƏNİ
A- A A+

Fransada keçirilən “Türk dünyasının mədəniyyət günü”ndə Azərbaycan da təmsil olunub

2017-02-02 10:10:12

Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) ənənəvi olaraq 2007-ci ildən başlayaraq “Türk dünyasının mədəniyyət günü” keçirilir

Budəfəki tədbirdə də türkdilli xalqların – türk, kazak, qırğız və uyğurların stendləri ilə yanaşı, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən guşə təşkil olunub. Bu guşə Fransadakı səfirliyimizin dəstəyi və İNALCO-da Azərbaycan dilini tədris edən Aygün Eyyubovanın təşkilatçılığı ilə hazırlanıb.
Guşədə Heydər Əliyev Fondunun Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları və milli mətbəxinə dair kitabları və diskləri, eləcə də ölkəmizə dair suvenirlər nümayiş olunub. Ziyarətçilərə ölkəmiz haqqında ətraflı məlumat verilib.
Əvvəlki illərdən fərqli olaraq bu il stendimizin hazırlanmasında və təqdimatında İNALCO-da dilimizi öyrənən xarici tələbələr - İbrahim Divara, Gil Siqarudi və həmyerlimiz İsmayıl Məmmədov yaxından iştirak ediblər. Onlar qonaqların və həmkarlarının Azərbaycan tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı suallarını cavablandırıblar.
Mədəniyyət günü çərçivəsində təmsil olunan ölkələrin folklor musiqiləri səslənib. Balaca Səma ilə Ümid milli rəqslərimizi ifa ediblər. Həmişə olduğu kimi, Azərbaycan guşəsi ziyarətçilərin böyük marağına səbəb olub


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 543

QHT və MEDİA

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

2018-06-16 07:05:23

QHT və MEDİA
“Qarabağ dünən və bugün” mövzusunda icti...
“Qarabağ dünən və bugün” mövzusunda icti...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

2018-06-11 08:40:31

CƏMİYYƏT
“Hazırda Günnüt minalardan təmizlənir, s...
“Hazırda Günnüt minalardan təmizlənir, s...

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb,...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...