SOSİAL
A- A A+

"Cocuq Mərcanlıya qayıdış Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyinə mesajdır"

2017-01-31 11:30:38

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı tarixi və siyasi əhəmiyyətə malik sənəddir

Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. 
B.Əliyev bildirib ki, yaxın gələcəkdə Cocuq Mərcanlı kəndində çox müasir və yeni bir qəsəbənin tikintisinin şahidi olacağıq: “Bu eyni zamanda Ermənistana, ATƏT-in Minsk qrupuna və digər beynəlxalq təşkilatlara bir mesajdır ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edəcək və burada yaşayan vətəndaşlarının təhlükəsizliyini, dədə-baba torpaqlarında yaşamaq hüququnu tam öz gücü ilə bərpa edəcək. Artıq bundan nəticə çıxarmağa başlayanlar var və kim də nəticə çıxarmasa, bunun acı bir dərsini alacaq”. 
Deputat vurğulayıb ki, Azərbaycan xalqı Prezidentin bu sərəncamını yüksək qiymətləndirir və dəstəkləyir.
Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. (trend)

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 682

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...