SİYASƏT
A- A A+

“İslam demokratik, sivil cəmiyyət quruculuğuna təkan verir”

2017-02-01 11:00:46

Milli Məclis və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağırışlar və islam həmrəyli” mövzusunda tədbir keçirilib

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması təsadüfi deyil. 
 B. Muradova hazırda bütün qitələrdə bəşəriyyəti narahat edən problemlər olduğunu, dünyanın sivilizasiyalararası və dinlərarası ziddiyyətlərdən daha çox ziyan çəkdiyini bildirib: “Bu gün daha çox təhdidlərlə üzləşən islam ölkələridir. Bir çox hallarda islam dünyasının öz daxilindən qaynaqlanan ziddiyyətlər təhdidləri artırır. Sirr deyil ki, Qərb-Şərq qarşıdurmasından daha çox islam ölkələri, biz ziyan çəkirik. Ölkələr ərazi bütövlüklərini, dövlətlər öz suverenliklərini necə qorumalıdır? Bu gün dünyada bu barədə müzakirələr gedir. Qərb və Şərqin qovşağında yerləşən Azərbaycan müasir, inkişaf etmiş, xalqının sosial rifahına nail olmuş ölkə kimi islam həmrəyliyinə öz töhfəsini verməyə çalışır. Azərbaycan prezidenti müasir dünyanın üzləşdiyi təhdidləri nəzərə alaraq 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi ilə bağlı sərəncam verib”.
 B. Muradova son prezident seçkilərindən sonra ABŞ kimi fövqəldövlətin dünyanın bu sahədə üzləşdiyi problemlərin həllindən çox, ziddiyyətləri kəskinləşdirmək yönündə addımlar atdığını vurğulayıb: “İslam dünyasında həmrəylik bütövlükdə dünyanın marağında olmalıdır. İslam dünyasında həmrəylik varsa, təhdidlər dəf edilər. Bir məqamı da qeyd edim. Azərbaycanda islam dini demokratik, sivil cəmiyyət quruculuğuna təkan verir. Ancaq bu gün dünyada islamın geriliyin səbəbi olması yönündə haqsız bir baxış var. Ən ağrılısı isə odur ki, bir sıra terror təşkilatları islamdan vasitə kimi istifadə etməyə çalışır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirin Milli Məclisin Kitabxanasında keçirilməsinin təsadüf olmadığını söyləyib:  “Milli Məclis üçün darıxmışam və nə zamansa yenidən Milli Məclisə qayıtmağı arzu edirəm. Biz bu sahədə ilk tədbirin məhz Milli Məclisin Kitabxanasında keçirilməsini vacib saydıq.  Dövlət Komitəsi olaraq kitabxanaya 50 kitab hədiyyə etdik. Bu kitablar arasında “İslam ensiklopediyası”, “Quran” da var. Deputatlar bu kitablardan bəhrələnə bilərlər ”.                     
M. Qurbanlı Azərbaycan prezidentinin imzaladığı sərəncamın islam dünyası üçün bir çağırış olduğunu vurğulayıb: “Bu gün 7 milyard dünya əhalisinin 25 faizi islam dininə sitayiş edir. İslam dünyası 100 trilyon dollarlıq dünya iqtisadiyyatında yalnız 8,5 faiz paya malikdir.  Dünya neft ehtiyatlarının 60 faizi, qaz ehtiyatlarının 62 faizi islam ölkələrindədir. Ancaq internetləşmənin səviyyəsi islam ölkələrində dünya orta göstəricisindən 4 dəfə azdır.  Dünyadakı elmi kəşflərin yalnız 1,5 faizi islam alimlərinin payına düşür. Nobel mükafatçılarının yalnız 2-3 faizi islam alimləridir. İslam ölkələri arasında iqtisadi sahədə, beynəlxalq təşkilatlarda, siyasi sahədə bir həmrəylik olmalıdır. Bütün bu çağırışlar prezidentin sərəncamında əksini tapıb. İslam həmrəyliyi sivilizasiyalararası həmrəyliyə körpü yaratmaq məqsədi daşıyır”.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva islam ölkələrinin din xadimlərinin Azərbaycana səfər etməsini vacib sayıb: “Onların bir müsəlman ölkəsinin necə inkişaf etməsini görmələrinə ehtiyac var”. 


Kateqoriya : SİYASƏT Baxış sayı : 766

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...