SİYASƏT
A- A A+

Ermənistan-Azərbaycan Sülh Platforması nadir platformadır

2017-01-28 08:50:04

Ermənistan-Azərbaycan Sülh Platforması həm Ermənistan, həm də Azərbaycan qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülən nadir platformadır

Fact-info.az  xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.
“Dağlıq Qarabağ münaqişəsinin yaranmasından indiyədək olan müddətdə ilk dəfədir ki, Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətlərinin təmsilçiləri bir araya gəliblər və belə bir platformanın yaradılmasına qərar veriblər. Bu Sülh Platforması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri çərçivəsində həllini məqsəd kimi qarşıya qoyub”, - deyə A.Quliyev əlavə edib.
Milli Məclisin deputatı qeyd edib ki, burada əvvəlki xalq və yaxud vətəndaş cəmiyyəti diplomatiyasından fərqli olaraq, çox açıq, dəqiq prinsiplər müəyyənləşdirilib və problemin həli ilə bağlı konkret mövqe ortaya qoyulub. Bu mövqe ondan ibarətdir ki, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə qeyd-şərtsiz, tam yerinə yetirilməlidir. Başqa sözlə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu qeyd-şərtsiz işğaldan azad olunmalıdır, azərbaycanlı qaçqın və məcburi köçkünlər o yerlərə qayıtmalıdırlar. Sonra Dağlıq Qarabağın hüquqi statusu müəyyənləşdirilməlidir. Bu hüquqi status Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədləri çərçivəsində müəyyən edilməlidir. Başqa sözlə, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar respublika statusu verilməlidir.
Üçüncü mühüm prinsip isə Dağlıq Qarabağda yaşayan ermənilərin və azərbaycanlıların təhlükəsizliyinə tam şəkildə təminat verilməsidir. Bu prinsiplər bu gün üçün yeganə prinsiplərdir, beynəlxalq hüquqa söykənən normalardır. Çox sevindirici haldır ki, artıq ermənilər də azərbaycanlılarla birlikdə uzun müddət davam edən bu münaqişəyə nəhayət son qoymaq istəyirlər.
“Ermənistan hakimiyyəti buna qulaq asmalıdır. Beynəlxalq təşkilatlar, xarici diplomatlar, xüsusilə ATƏT-nin Minsk qrupunun həmsədr ölkələri bu gün vətəndaş cəmiyyətinin səsinə diqqət yetirməli, onu nəzərə almalıdır. Bu, həm də beynəlxalq təşkilatlar tərəfindən tələb olunan sülhyaratma missiyasına çox gözəl töhfədir”, - deyə A.Quliyev bildirib.

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 486

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

2018-09-20 21:35:13

CƏMİYYƏT
Hacıbəylilər qardaşları və Azərbaycan mu...
Hacıbəylilər qardaşları və Azərbaycan mu...

XX əsr musiqi mədəniyyətimizə bir neçə şəxsiyyətlər bəxş etdi. Xoşbəxtlikdən ...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...