SİYASƏT
A- A A+

Azərbaycan Prezidentinin Sərəncamı torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı daha da artırdı

2017-01-27 08:30:27

Qayıdış

Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam torpaqlarımızın düşmən tapdağından azad edilməsi istiqamətində atılan və qələbəyə inamı təsdiqləyən mühüm addımlardan biridir.

Bu fikri Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə AZƏRTAC-a açıqlamasında deyib.

Ehtiyatda olan polkovnik bildirib ki, aprel döyüşlərində qəhrəman əsgər və zabitlərimiz düşmənin təxribatlarına cavab verərək onlara sarsıdıcı zərbə endirib işğalçıları döyüş texnikasını, silah və sursatını atıb böyük itkilərlə təşviş içində mövqelərini qoyub qaçmağa məcbur etdi. Düşmənin güclü müdafiə mövqelərini darmadağın edən Azərbaycan əsgəri öz ruh yüksəkliyi və döyüş qabiliyyətini bütün dünyaya göstərdi. Azərbaycan xalqı torpaqlarının düşmən tapdağı altında olması ilə heç vaxt barışmayacağını və onun uğrunda canından keçməyə hazır olduğunu bir daha sübut etdi.

“Aprel döyüşlərində əbədiyyətə qovuşan əsgər və zabitlərimiz qəhrəmancasına vuruşaraq həm düşmənin bizim yaşayış məntəqələrini atəşə tutaraq dinc əhalini qətlə yetirməsinin qarşısını aldı, həm də o ərazilərdə əhalinin gündəlik həyat fəaliyyətinin bərpa edilməsini və təhlükəsiz yaşamasını mümkün etdi. Bunun nəticəsi olaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin yanvarın 24-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması çox gözəl bir addımdır. Tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıdıb əmin-amanlıq şəraitində yaşaması artıq təmin edilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı Sərəncam torpaqlarımızın işğaldan azad edilməsinə, qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıdacağına olan inamı daha da artırdı”, - deyə Ə.Qəni-zadə vurğulayıb.

 

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1108

QHT və MEDİA

2020-07-07 08:40:51

QHT və MEDİA
Şura rəsmisi icazələrin ləğvi ilə bağlı ...
Şura rəsmisi icazələrin ləğvi ilə bağlı ...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu...

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...