MÜSAHİBƏ
A- A A+

Cocuq Mərcanlının 80 yaşlı sakini: "Hamı kəndimizə qayıtsın"

2017-01-27 08:25:52

220 ailənin yaşadığı Cəbrayılın Cocuq Mərcanlı kəndi yenidən qurulacaq

Bunun üçün ölkə başçısı aidiyyəti qurumlara xüsusi tapşırıqlar verib. Artıq ANAMA əməkdaşları kənd ərazisini mina və partlamamış hərbi sursatlardan təmizləməyə başlayıblar.
 ANAMA əməkdaşı Fehruz  Mahmudov bir həftədən artıqdır ki, kənddə təmizləmə işlərinin getdiyini deyir: "Prezidentimizin məlum sərəncamından sonra Cocuq Mərcanlı kəndində ilkin olaraq  50 evin tikintisi ilə əlaqədar ANAMA təşkilatı mina və partlamamış hərbi sursatlardan ərazinin çirklənməsindən təmizlənməsi ilə məşğuldur. Bir həftədən artıqdır ki, kənddə təmizləmə işlərinə başlamışıq".
 ANAMA kənd ərazisində kəşfiyyat işlərini artıq tamamlayıb. İlkin olaraq 360 000 kvadratmetr ərazinin təmizlənməsi nəzərdə tutulur. Təmizləmə işləri başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək. Kəndə yol, qaz, işıq, su, və kanalizasiya xətləri çəkiləcək. Bütün bunlar dədə-baba yurdunu uzun illərdi tərk edib köçkün həyatı yaşayan bir elin öz obasına qayıtmasına səbəb olacaq.
 Qayıdış planı ən çox Həziyevlər ailəsinin ürəyincə olub. Cəbrayıl rayonunun Azərbaycan ordusunun nəzarətindəki yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinə qayıdan yeganə ailə Həziyevlər olub. Bu ailə ermənilərin talan edib yandırdığı kənddə  düz 23 ildir ki, qonum-qonşu olmadan tənha yaşayırlar. Həm də bütün çətinliklərə rəğmən...  80 yaşlı Minara nənə bu kənddə 9 uşaq böyüdüb. Onlardan iki uşaq dünyasını dəyişib, 5 uşaq müxtəlif rayonlarda köçkün həyatı yaşayır, iki övlad isə Cocuq Mərcanlıda Minara nənənin yanında qalırlar.
 Minara Həziyeva hamını öz doğma torpaqlarına qayıtmağa çağırıb: "Hər kəs gəlsin. Kim gəlsə, qızımdır, gəlinimdir. Millət doğma torpağına gəlsin".
 Kənddə yaşayan Oqtay Həziyev də 23 ildir qohum-əqrəba ilə birgə yaşamağın həsrətini çəkir: "23 ildir burda yaşamışam. Allah prezidentimizin canını sağ eləsin, sərəncam imzalayıb, kəndin bərpası üçün vəsait ayırıb. İnşallah yaxın vaxt ərzində kəndimiz bərpa olunacaq. Bütün yaxın ərazidə yaşayan insanlar öz torpaqlarına qayıdacaqlar. 23 ildir mən qohum-əqrabadan uzaq olmuşam". (APA) 

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 242

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...