SOSİAL
A- A A+

Şura Katibliyinin 2016-cı ildəki fəaliyyəti müzakirə edilib

2017-01-26 15:20:26

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2016-cı ildəki fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib

Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq Katibliyin fəaliyyəti və qarşıda dayanan vəzifələr haqqında fikirlərini bildirib. A. Quliyev Şuranın fəaliyyəti dövründə ilk dəfə olaraq 2016-cı ildə 3 qrant müsabiqəsinin həyata keçirildiyini və 493 QHT layihəsinin maliyyələşdirildiyini qeyd edib. Şura sədri ötən il elektron, daxili nəzarət və qiymətləndirmə xidmətlərinin təkmilləşdirilməsi ilə də bağlı bir sıra mühüm addımlar atıldığını bildirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun Katibliyin 2016-cı ildəki fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış edib.

Şura Katibliyinin ötən il də məhsuldar fəaliyyət göstərdiyini qeyd edən Fərasət Qurbanov qurumun elektron resurslarının təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Şuranın csssn.gov.az, qhtxeber.az və e-qht.az saytları yenidən qurulub. Bu resurslar eyni zamanda elektron xidmət portalına inteqrə olunub. Layihələrin qəbulu prosesində QHT-lərdən daxil olan məlumatlar hər bir təşkilatın fərdi elektron kabinetində toplanır. Şura 4 sahə üzrə (müsabiqə üzrə layihələrin qəbulu; təsviri və maliyyə hesabatlarının qəbulu; dövlət orqanları tərəfindən QHT-lərə qrant verilməsinin Şura ilə razılaşdırılması; Apellyasiya Komissiyasına müraciət) elektron xidmət göstərir.
İcraçı direktor Şuranın çap və elektron media orqanları – qhtxeber.az saytı və “Vətəndaş cəmiyyəti” jurnalının QHT-lərə informasiya dəstəyini 2016-cı ildə də davam etdirdiyini deyib.

Müşavirədə Şuranın baş mühasibi Emin Məmmədovun, daxili nəzarət və qiymətləndirmə xidmətinin əlaqələndiricisi Nədimə Rəhimlinin, beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza bölməsinin rəhbəri Mustafa Qurbanlının, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbudun və layihələrin icrasına nəzarət və proqram bölmələrinin rəhbəri Xanım Cəbrayılovanın məruzələri dinlənilib.

İclasda həmçinin QHT-lərin layihələrinin icra və monitorinq vəziyyəti, elektron xidmət səviyyəsinin artırılması yolları və digər vacib məsələlər geniş müzakirə olunub. Müşavirədə qərara alınıb ki, Şuranın 27 yanvarda keçiriləcək illik hesabat toplantısında qurumun 2016-cı ildəki fəaliyyəti haqqında ictimaiyyət geniş şəkildə məlumatlandırılsın.

 Şura sədri Azay Quliyev Şuranın struktur bölmələrinin işinin intensivliyinin və səmərəliliyinin artırılması istiqamətində konkret tapşırıqlar verib.


Kateqoriya : SOSİAL Baxış sayı : 792

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...