SİYASƏT
A- A A+

"Azad olunmuş torpaqlarda vətəndaşlar üçün infrastruktur tikilib qurulacaq"

2017-01-26 10:40:56

Azad olunmuş torpaqlarda sosial obyektlər, vətəndaşlar üçün infrastruktur tikilib qurulacaq

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa edilməsi bunun bariz bir nümunəsidir. 

Bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası haqqında dövlət başçısı tərəfindən sərəncamın verilməsi alqışlanmalıdır: “Bunu bütün Azərbaycanın qələbəsi kimi dəyərləndirirəm. İnanıram ki, bütün torpaqlarımız işğaldan azad olunacaq. Azad olunmuş torpaqlarda sosial obyektlər, vətəndaşlar üçün infrastruktur tikilib qurulacaq. İşğal olunmuş ərazilər azad olunduqdan sonra bu quruculuq işləri davam etdiriləcək”. 
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. (trend)

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 490

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...