SOSİAL
A- A A+

Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətlərə dair qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq

2017-01-25 09:50:50

“Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun

Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətləri törədənlərin cəzalandırılmasını əks etdirən yeni “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarılacaq.

Bu barədə AZƏRTAC-a Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib.

Bahar Muradova qeyd edib ki, beynəlxalq cinayətlər deyəndə soyqırımı, etnik təmizləmə, hərbi cinayətlər nəzərdə tutulur. Xocalı qırğını da bütün bu qeyd olunanların hər birini əhatə edir. Xocalıda baş verən hadisələrə görə Ermənistan rəhbərliyi cavabdehlik daşıyır, onlar cinayət törədiblər. Bu cinayətə beynəlxalq cinayətlərə münasibət baxımından qiymət verilməlidir.

Vitse-spiker bildirib ki, vətəndaş cəmiyyəti tərəfindən təqdim olunan qanun layihəsi üzərində iş başa çatmaq üzrədir. Qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarıldıqdan sonra müvafiq rəylərin alınması üçün beynəlxalq təşkilatlara, Azərbaycanın aidiyyəti qurumlarına göndəriləcək və bundan sonra Milli Məclisin gündəliyinə salınacaq.


Kateqoriya : SOSİAL Baxış sayı : 1027

QHT və MEDİA

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...