CƏMİYYƏT
A- A A+

“Baş katibin çağırışlarına müsbət cavab verilməlidir”

2017-01-25 09:10:15

AŞPA-nın Strasburqda keçirilən qış sessiyasının günün ikinci yarısındakı plenar iclası sərbəst müzakirələrə həsr olunub

APA-nın Avropa bürosunun məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva müzakirələrdə çıxış edib.
 Q. Paşayeva çıxışına Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlanda təşəkkür etməklə başlayıb: “Avropa Şurasının baş katibi dekabrın sonunda Ermənistan-Azərbaycan sərhədində silahlı toqquşma zamanı həlak olmuş azərbaycanlı əsgər Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı narahatlıq ifadə edib və cəsədin təxirə salınmadan geri qaytarılmasına çağırış edib. Bununla bağlı Azərbaycan dövləti və Qızıl Xaç Cəmiyyətinin də çalışmaları var, amma təəssüf ki, bu günə qədər irəliləyiş yoxdur. Biz buradan cənab Yaqlandın çağırışına müsbət cavab verilməsinə çağırırıq. Biz cənab Yaqlanda və cənab Aqramunta azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində verdikləri açıqlamalara və çalışmalarına görə də təşəkkür edirik. Təəssüf ki, onların azadlığa buraxılması istiqamətində də hələ ki heç bir irəliləyiş yoxdur”.
 Dünyada və Avropada yaranmış hazırkı vəziyyətə toxunan Q. Paşayeva bildirib ki, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoqun, multikulturalizmin genişlənməsi  mövzusu AŞPA-nın daim gündəmində olmalıdır: “Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verməli, bu istiqamətdə  uğurlar qazanan ölkələrin modellərinin bütün Avropa və dünyada daha geniş yayılmasına çalışmalıyıq.  Məlumat vermək istəyirəm ki, hər zaman bu məsələyə böyük önəm vermiş Azərbaycanda ötən il multikulturalizm ili elan edilib və bir sıra ölkədaxili tədbirlərlə yanaşı, il ərzində beynəlxalq aləmin diqqətini bu mövzuya daha çox çəkmək üçün beynəlxalq səviyyəli konfrans, forum və tədbirlər keçirilib. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə olmaqla yanaşı, həm də təhsil, kütləvi informasiya vasitələri və digər yollarla tolerantlığın daha da artması istiqamətində ciddi işlər görür. Azərbaycan prezidentinin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis edilib. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. O səbəbdən də, Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq mənfi meyllərin qarşısının alınması istiqamətində ümumi səylərimizi gücləndirməliyik. Bütün üzv ölkələrdə multikulturalizmin önəmi ilə bağlı daha çox işlərin görülməsinə və assambleyamızda tez-tez bu istiqamətdə müzakirələrə böyük ehtiyac var”. 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 842

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...