SİYASƏT
A- A A+

“Azərbaycanlı girovların qaytarılması əlamətdar bir jest ola bilər” – Baş katib

2017-01-25 08:15:11

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının bugünkü plenar iclasında Avropa Şurasının baş katibi Tyorbörn Yaqland Assambleya üzvləri qarşısında çıxış edərək təşkilatın fəaliyyəti haqqında məlumat verib

Fact-info.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, Avropa Şurasının baş katibi bir sıra parlamentarın suallarını da cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində iki azərbaycanlı - Dilgəm Əsgərov və Şahbaz Quliyevi  tutaraq girov saxlamaları haqda sualına münasibət bildirən Tyorbörn Yaqland ermənilərin saxladıqları iki azərbaycanlının Azərbaycana qaytarılmasının əlamətdar bir jest ola biləcəyini söyləyib.

  “İki azərbaycanlının ermənilər tərəfindən saxlanılması məsələsinə gəldikdə, mən bu məsələni, səhv etmirəmsə iki il əvvəl Ermənistan prezidenti ilə görüşümdə qaldırmışdım. Bundan əlavə, 29 dekabrda tərəflər arasında baş vermiş atəşkəsin pozulması nəticəsində qətlə yetirilmiş azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini qaldırmışam. Bu məsələlərdə biz həmişə xalqların, insanların narahatçılığını əsas götürməliyik. Əlbəttə ki, biz bu münaqişənin sülh yolu ilə həlli yollarını axtaran Minsk prosesinin iştirakçısı deyilik, sülhün bərqərar etmək  səlahiyyətində olan təşkilat deyilik. Amma münaqişələrin humanitar tərəflərinə gəldikdə, biz hər zaman öz töhfəmizi verməyə hazırıq. Tərəflər arasında aparılan danışıqlarda onların Azərbaycana təhvil verilməsi əlamətdar bir jest olardı. Münaqişələr məsələsində tərəflər arasındakı gərginliyin azaldılması naminə hər zaman humanitar jestlərə tərəf irəliləmək lazımdır”, - deyə Tyorbörn Yaqland qeyd edib


Kateqoriya : SİYASƏT Baxış sayı : 290

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...