MÜSAHİBƏ
A- A A+

Əhməd Bin Hazim: Azərbaycan Prezidentinin İslam həmrəyliyi barədə təşəbbüsü çox əhəmiyyətlidir

2017-01-24 10:05:23

Müsahibə

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi barədə Azərbaycan Prezidentinin təşəbbüsü, zənnimcə, çox əhəmiyyətlidir və özündə son dərəcə mühüm olan çoxsaylı təşəbbüsləri ehtiva edir. İslam dünyasının belə ideyaya ehtiyacı var, çünki bu gün o, çətin durumdadır, ciddi siyasi, iqtisadi və ictimai təhdidlərlə üzləşib və bu təhdidləri birlikdə dəf etmək lazımdır. Bu sözləri Birləşmiş Ərəb Əmirliklərin (BƏƏ) tanınmış ictimai xadimi, hüquqşünas, Dubay məhkəmələrinin sabiq baş direktoru, Dubay Əmiri Dəftərxanasının baş direktorunun sabiq müavini və “BSA Ahmad Bin Hezeem & Associates LLP” iri hüquq şirkətinin başçısı Əhməd Bin Hazim AZƏRTAC-a müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, nəcib məqsədləri, sabitlik, sülh və əməkdaşlıq ideyalarını əks etdirən bu təşəbbüs diqqəti fikir ayrılıqlarına son qoymaq və qarşılıqlı anlaşmanı möhkəmləndirmək üzərində cəmləşdirmək zərurətinə cəlb edir və həmrəyliyin bərqərar edilməsinə can atır. Ə.B.Hazim deyib: “Təbii ki, belə bir ideya həmişə sülh, təhlükəsizlik və əməkdaşlıq uğrunda çıxış edən lideri olan və sülhpərvər dövlət kimi tanınan bir ölkə tərəfindən irəli sürülüb. Strateji cəhətdən çox əlverişli mövqedə yerləşən Azərbaycan müsəlman ölkələri ilə digər dünya ölkələri arasında körpüdür. Bu addım bütün dünyada Azərbaycanın nüfuzunu möhkəmləndirəcək. Bununla yanaşı, biz bilirik ki, bu ölkədə müxtəlif millətlərin, mədəniyyətlərin və konfessiyaların nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar. Beləliklə, Azərbaycan dinc yanaşı yaşama, tolerantlıq və multikulturalizm modelidir və bu ənənə bütün cəmiyyətin maraqlarına cavab verir. Bu baxımdan Azərbaycanın təcrübəsi çox faydalıdır”.

Əhməd Bin Hazim ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunaraq qeyd edib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmrlikləri arasında möhkəm dostluq və tərəfdaşlıq münasibətləri yaranıb. O deyib: “Biz, Ərəb Əmirliklərinin vətəndaşları İslam dünyasının bir hissəsi olan Azərbaycanla möhkəm münasibətlər ilə çox fəxr edirik, ikitərəfli əməkdaşlığa böyük qiymət veririk. Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-nin Prezidenti, əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyan başda olmaqla, BƏƏ-nin bütün əmirləri ilə dostluq münasibətləri çox yüksək səviyyədədir. Prezident İlham Əliyev ilə BƏƏ-nin Baş naziri və vitse-prezidenti, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum arasında xüsusi dostluq münasibətləri var. Bütün istiqamətlərdə - siyasi, iqtisadi, ictimai, mədəni sahələrdə, habelə turizm sahəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirmək üçün münasibətlərin yüksək səviyyədə olması böyük əhəmiyyət daşıyır. Əmrliklərdən Azərbaycana turizm axının çoxaldığını xüsusi vurğulamaq istəyirəm. Orada olan turistlər Azərbaycan xalqının qonaqpərvərliyindən və səxavətindən heyranlıqla danışırlar. Azərbaycan xalqı ilə bizi dərin mədəni və dini köklər bağlayır. Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadənin fəaliyyətini xüsusi vurğulamaq istərdim. O, iki ölkənin və xalqın yaxınlaşmasına kömək edir və cəmiyyətin Azərbaycan gerçəklikləri barədə məlumatlandırılmasında mühüm rol oynayır”.

 Əhməd Bin Hazim Dubay məhkəmələrinin nümayəndə heyətinin başçısı kimi Azərbaycana rəsmi səfərindən də danışaraq bildirib ki, burada Azərbaycanın ədliyyə naziri, Ali Məhkəmənin sədri, baş prokuror ilə görüşlər keçirilib. Bakıya və Qəbələyə səfərindən razı qaldığını diqqətə çatdıran A.B.Hazim bildirib ki, Bakının dünyanın ən məşhur şəhərləri ilə müqayisə edilə biləcək gözəl və müasir şəhər olması onu yaxşı mənada təəccübləndirib. O deyib: “Azərbaycanda tikinti bumu müşahidə olunur, turizm obyektləri və digər irimiqyaslı layihələr həyata keçirilir. Qəbələ qış kurortları olan gözəl şəhərdir. Onu Avropanın çox inkişaf etmiş qış kurortları ilə müqayisə etmək olar”.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 280

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...