SİYASƏT
A- A A+

Azərbaycanlı deputat Avropa Şurasını mövcud münaqişələri həll etməkdə qətiyyətli olmağa çağırıb

2017-01-24 09:25:08

Avropa Şurasında müzakirələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iş günündə Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Kipr Respublikasının xarici işlər naziri İoannis Kasolides hesabat məruzəsi ilə çıxış etdikdən sonra ona ünvanlanan sualları cavablandırıb. 
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Naminə Liberal Demokratların Alyansı siyasi qrupunun adından Nazirlər Komitəsi sədrinə belə bir sualla müraciət edib: “Yeni demokratiya ölkələrinin bir hissəsində 2017-ci il “Ümumdünya ailə ili” elan edilib. Avropa Şurası 47 üzv ölkəni birləşdirən böyük ailədir. Amma bizim bu ailə nümunəvi ailə hesab edilə bilməz, çünki onun sıralarında digər ailə üzvünün ərazilərini işğal etmiş üzvlər də var. Avropa Şurası bunu rəsmi qətnamələrində də təsdiqləyib. Belə bir reallıq mötəbər beynəlxalq təşkilat üçün utandırıcı bir haldır. Yeni başlanan bu “Ailə ili”nin nəcib çağırışlarına cavab olaraq Avropa Şurası nəhayət ki, normal bir ailəyə çevrilmək üçün öz sıralarındakı işğalçını kənarlaşdırmaq, yaxud onun digər üzv dövlətə qarşı təcavüzünə son qoymaq üçün hansı qətiyyətli tədbirlər görə, konkret addımlar ata bilər?”
Nazirlər Komitəsinin sədri bu suala cavab verərək bildirib ki, Avropa Şurası münaqişələrin həllinə bilavasitə cavabdeh olan təşkilat olmasa da, onun da öhdəsinə bu istiqamətdə bir çox vacib vəzifələr düşür. Avropa Şurası ilk növbədə çalışır ki, üzv ölkələrdə mövcud münaqişələrin həllinə öz töhfəsini versin. O deyib: “Bizim üçün ən ali vəzifə bu problemlərin hamısını insan haqlarına hörmət və qanunun aliliyi müstəvisində həyata keçirməkdir. Üzv ölkələr arasında münaqişələr və onların həlli istiqamətində yollar axtarışı məsələsi Nazirlər Komitəsinin 2016-cı ilin mayında keçirilən nazirlər toplantısının başlıca mövzusu olub. Biz gələcəkdə də bu istiqamətdə səylərimizi daha çox səfərbər edəcəyik”.

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 947

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...