CƏMİYYƏT
A- A A+

Lüksemburqlu deputatlara Azərbaycanla bağlı həqiqətlər çatdırılıb

2017-01-21 12:00:27

Milli Məclis üzvlərinin xarici həmkarları ilə görüşü

Lüksemburqda səfərdə olan Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elmira Axundova və deputat Sabir Hacıyev bu ölkənin qanunverici orqanında olublar. Səfər Lüksemburq parlamentinin dəvəti ilə həyata keçirilib. 
Parlamentin sədri Mars Di Bartolomeo azərbaycanlı deputatlara qanunverici orqanın yaranma tarixi, strukturu, tərkibi haqqında məlumat verib.
Deputatlarımız parlamentin binası ilə tanış olub, xatirə kitabını imzalayıblar.
Səfər zamanı Elmira Axundova və Sabir Hacıyev Lüksemburq parlamentinin beynəlxalq və Avropa münasibətləri, müdafiə, əməkdaşlıq və immiqrasiya üzrə komitəsinin və bürosunun üzvləri ilə görüşüblər. 
Görüşdə Elmira Axundova ölkəmizin müsəlman Şərqində ilk parlamentli demokratik respublika olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın Ermənistanın təcavüzünə məruz qaldığını, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun 25 ildir Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu bildirib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdən danışıb. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının doğma yurdundan didərgin düşməsindən, qaçqın və məcburi köçkün kimi yaşamasından və onlara göstərilən dövlət qayğısından söhbət açıb.
Milli Məclisin deputatı ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində böyük işlər gördüyünü, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirdiyini bildirib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolundan danışan deputat TAP kəmərinin bu məsələdə önəmini qeyd edib. E.Axundova ölkəmizin mötəbər beynəlxalq tədbirlərə və idman yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Sabir Hacıyev Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətləri barədə məlumat verib. Ölkəmizdə demokratiya və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilmiş islahatlardan danışıb. 
Lüksemburq parlamentinin sədri Mars Di Bartolomeo ölkəmizin üzləşdiyi haqsızlıqlar, məruz qaldığı ikili standartlar barədə məlumatlandırılıb. 
Sonra lüksemburqlu deputatların ölkəmizlə, onun iqtisadiyyatının şaxələndirilməsi və digər sahələrin inkişafı ilə bağlı sualları cavablandırılıb. Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunulub və onun ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verdiyi qeyd edilib. 
Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin müşaviri Elçin Bəşirov və Benilüks Azərbaycanlılar Konqresinin sədri Sahil Qasımov görüşdə iştirak ediblər. Deputatlarımızın Lüksemburqa üçgünlük səfəri müddətində parlament binasının qarşısındakı mərkəzi küçədə Azərbaycanın dövlət bayrağı dalğalanıb.

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 229

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...