SİYASƏT
A- A A+

Nyu-Yorkda 20 Yanvar faciəsinin 27-ci il dönümünə həsr olunmuş anım tədbiri keçirilib

2017-01-21 10:45:12

20 Yanvar faciəsinin 27-cü il dönümünün anım mərasimi ABŞ-ın Nyu-York şəhərində də keçirilib

Tədbir Azərbaycan Nyu-York Assosiasiyası tərəfindən Əyyub Sultan Mədəniyyət Mərkəzində təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yashar Əliyev, türk, yəhudi və ölkəmizin Nyu-Yorkdakı digər diaspora təşkilatlarının rəhbərləri, icma üzvləri, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin əməkdaşları və xarici qonaqlar iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səsləndirilib.

Mərasimdə Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zamina Mirhadiyəva, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yashar Əliyev, Azərbaycan Nyu-York Assosiasiyası təşkilatının rəhbəri Ercan Yerdələnli, “My Way Development” Mərkəzinin rəhbəri Alyona Bədəlova, “Baku Bruklin” Dostluq Cəmiyyətinin rəhbəri Marietta Rozental çıxış ediblər.

Yaşar Əliyev 20 Yanvar faciəsinin Azərbaycan üçün yalnız matəm deyil, qürur və şərəf günü olduğunu vurğulayıb.

Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli mərasimə qatılan iştirakçılara təşkilat adından təşəkkürünü bildirib, onların birlik və həmrəylik nümayiş etdirməsinin önəmini vurğulayıb. O, həmçinin Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Xocalı soyqırımı günü BMT qərargahı önündə mitinq keçirmək üçün icazə aldıqlarını bildirən Ercan Yerdələnli həmin gün Erməni Missiyasi və BMT qərargahı qarşısında mitinq təşkil edəcəklərini elan edib.

Daha sonra dərnək üzvü olan Ferzane Qasımova 20 Yanvara həsr etdiyi şeri oxuyub.  

Tədbirdə "Əyyub Sultan Mədəniyyət Mərkəzi"də fəaliyyət göstərən ruhani tərəfindən dualar oxunub, ehsan süfrəsi açılıb. (Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 462

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...