SİYASƏT
A- A A+

Birinci Avropa Oyunları Azərbaycanın ümumxalq tədbiridir

2015-05-11 09:20:48

Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına ciddi şəkildə hazırlaşır. Avropa Oyunları təkcə dövlətin deyil, bütün Azərbaycanın ümumxalq tədbiridir.

Bu sözləri jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.

Əli Həsənov deyib: “Biz bu tədbirdən maksimum istifadə edərək xalqımızın milli mənəvi dəyərlərini, mədəniyyətini, həyat tərzini, o cümlədən torpaqlarımızın işğalı faktını, neçə illərdir Azərbaycanın bölgədə yürütdüyü siyasəti, qonşularla münasibəti dünyaya çatdıracağıq”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib ki, Azərbaycanda bir bayram ovqatı yaşanır: “Olimpiya məşəli addım-addım respublikamızı dolanır və bu məşəllə birlikdə insanların Oyunlarla bağlı əhval-ruhiyyəsi yaxşılaşır. Hər gün on minlərlə insan bu bayram tədbirlərində iştirak edir. Biz Avropa Oyunlarının yüksək standartını ortaya qoyacağıq. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çox səmərəli və uğurlu fəaliyyət göstərir. Bu fəaliyyət artıq bütün sahələrdə özünü göstərir. Dövlət qurumları və digər müvafiq qurumlar da Avropa Oyunlarına ciddi hazırlaşır. Hər birimizin üzərinə müəyyən məsuliyyət düşür. Əminəm ki, kütləvi informasiya vasitələri, jurnalistlər də bu tədbirə xüsusi hazırlaşırlar. Olimpiya məşəlinin gəzdirildiyi bölgələrdən hazırlanan reportajlarda insanların ovqatını görürük və düşünürəm ki, bu, belə də davam edəcək".

Əli Həsənov vurğulayıb ki, respublikadakı ictimai-siyasi ovqat da Avropa Oyunlarına köklənib, əhali ayrı-ayrı idman qurğularında gedən işlərə baxır, yarışlara tamaşa etməyə hazırlaşır.

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1222

QHT və MEDİA

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...