SİYASƏT
A- A A+

Leoni Mergenin “Qarabağ kolleksiyası” Berlin moda həftəsində

2017-01-20 10:10:44

Qarabağ mövzusu və irsi

 

 Almaniyanın paytaxtı Berlində “Mersedes Benz Moda Həftəsi” çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə keçirilən tədbirdə Qarabağ mövzusu və irsi diqqət mərkəzində olub.
TEAS-dan AZƏRTAC-a bildirilib ki, podiumda Berlində yaşayan gənc dizayner Leoni Mergen tərəfindən öz gözəlliyi ilə ictimaiyyətin diqqətini çəkən yeni “Qarabağ kolleksiyası” təqdim edilib.
Leoni hazırkı kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanan silsilə parçalardan ibarətdir. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxalıqlar və qollu çuxalarda təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.
Moda sənayesində çalışan 500-dən artıq peşəkar modelyer, moda üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqların iştirakı ilə yüksək atmosfer yaradan bu şou Berlində tarixi “Kaufhaus Jandorf” sərgi məkanında baş tutub.
Azərbaycan muğamı və instrumental musiqisi sədaları altında podiuma çıxarılan kolleksiya 26 müxtəlif geyim nümunələrindən ibarət olub. Leoni Mergenin mədəniyyətlərarası əlaqəni qeyri-adi formada əks etdirən, eyni zamanda, texniki cəhətdən bacarıqla yerinə yetirilmiş geyim nümunələri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu kolleksiyanın hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir.
Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov deyib: “Qarabağ kolleksiyası TEAS üçün çox maraqlı layihədir və biz berlinli dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və bu layihəni dəstəkləməkdən məmnunuq. Beynəlxalq media məkanında yüksək səviyyədə işıqlandırılan və geniş auditoriyanın diqqətini cəlb edən Berlin Moda Həftəsi çərçivəsində bu təqdimat Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu göstərmək və milli mədəni irsimizi qorumaq üçün çox gözəl imkandır”.
Kolleksiya haqqında əlavə məlumatı www.karabakh-collection.com saytından əldə etmək olar.

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 846

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...