İQTİSADİ
A- A A+

Akademik Xoşbəxt Yusifzadənin kitabı xaricdə nəşr edilib

2017-01-18 10:55:36

“Ömrümün illəri və izləri”

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 2010-cu ildə Bakıda Azərbaycan və rus dillərində işıq üzü görmüş “Ömrümün illəri və izləri” adlı irihəcmli xatirələr kitabı bu günlərdə Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində nəfis şəkildə çap edilib. 
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vyetnamda akademik Xoşbəxt Yusifzadənin şəxsiyyətinə və ömür yoluna böyük maraq göstərirlər. Bu, təsadüfi deyil. Ötən əsrin 70-80-ci illərində Azərbaycan Sənaye İnstitutunun - indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsində Dövlət İmtahan Komissiyasının sədri olarkən Vyetnamın gənc neft sənayesi üçün yüksək ixtisaslı kadrların hazırlanmasında Xoşbəxt Yusifzadənin böyük rolu olub. 
Vyetnam Sosialist Respublikası qarşısında xidmətlərinə görə akademik ölkənin “Dostluq” ordeni ilə təltif olunub. Ona bu orden 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində təqdim edilib.

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 310

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...