QHT və MEDİA
A- A A+

Bolqarıstan mətbuatında Prezident İlham Əliyevin məqaləsi dərc olunub

2017-01-18 10:35:39

“24 Çasa” (24 Saat) qəzeti

Bolqarıstanın nüfuzlu “24 Çasa” (24 Saat) qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunun saytında verilmiş “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər, eləcə də Azərbaycanın hazırda üzləşdiyi çağırışlar və onlara cavab olaraq atılan adekvat addımlardan bəhs olunur. Azərbaycan iqtisadiyyatının enerji və nəqliyyat-tranzit sahələrini əhatə edən qlobal əhəmiyyətli layihələrdən bəhs edilərək, bu layihələrin ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edəcəyi qeyd olunur. Həmçinin əsrlər boyu müxtəlif etnik qruplar və dini icmaların nümayəndələrinin Azərbaycanda sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları bildirilir, ölkəmizdə multikulturalizm siyasətinin davam etdirilməsi istiqamətində atılmış addımlar barədə geniş məlumat verilir.
Qeyd edək ki, Bolqarıstanın ən böyük nəşriyyat qrupu olan “Media Group Bulgaria” tərəfindən 1991-ci ildən nəşr olunan “24 Çasa” (24 Saat) gündəlik qəzeti həftə içi 52 min 200, həftə sonu isə 97 min 820 nüsxə tirajla bütün ölkədə yayılır.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 516

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...