SİYASƏT
A- A A+

20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş anım günü keçiriləcək

2017-01-17 08:30:07

Toplantı

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə “Unudulmayanlar” - 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş anım günü keçiriləcək.

Tədbirin əsas məqsədi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən dəhşətli, kütləvi qırğın hadisəsi nəticəsində milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanların xatirəsini yad etməkdir.

Keçmiş Sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmuş, kütləvi terror nəticəsində 137 günahsız insan qətlə yetirilmiş və 700-dək insan yaralanmışdır. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri bu gün şərəf və qəhrəmanlıq salnaməsinin yazıldığı tarix kimi qeyd edilir.

Azərbaycan təsviri sənətin görkəmli nümayəndələri xalqın yaddaşına həkk olunan 20 Yanvar hadisələrinə öz yaradıcılıqlarında yer vermiş və müxtəlif mövzularda əsərlər işləmişlər. 

Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılan Azərbaycan rəssamlarının 20 Yanvar faciəsini əks etdirən əsərlərin sərgilənməsi nəzərdə tutulur.

Anım günündə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, görkəmli incəsənət xadimləri və Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları 1990-cı il yanvarın 20-də törədilən hadisələr haqqında öz çıxışlarını edəcəklər.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 527

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-20 07:40:21

CƏMİYYƏT
“Qarabağ dünən və bugün” mövzusunda müz...
“Qarabağ dünən və bugün” mövzusunda müz...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...