SOSİAL
A- A A+

QHT Şurası 2016-cı ilin yekunlarını müzakirə edib

2017-01-16 21:20:39

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib

Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2016-cı ildəki fəaliyyətinə dair hesabat, dövlət büdcəsindən Şuraya 2017-ci ildə ayrılmış vəsaitin bölgüsü və Şuraya daxil olan layihələr barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq 2016-cı ildə də QHT-lərin ictimai əhəmiyyət kəsb edən çoxsaylı təşəbbüslərini dəstəkləndiyini və ölkədə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirdiyini bildirib. İcraçı direktor ötən il Şuranın məlumat, təşkilati-texniki, konsultativ, maliyyə, metodiki sahədə QHT-lərə verdiyi dəstəklə bağlı ətraflı məruzə edib.

Eyni zamanda Şuranın təşəbbüsü ilə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması, Şuranın iştirak etdiyi dövlət proqramları, beynəlxalq əməkdaşlıq və digər məsələlər haqqında da məlumat verib. F.Qurbanov Şuranın 2016-cı ildə üç qrant müsabiqəsi həyata keçiridiyini və 556 QHT layihəsinin maliyyələşdirildiyini deyib.
F. Qurbanov 2017-ci il üçün Şuraya ayrılmış büdcə vəsaiti haqqında da məlumat verib.

Şura üzvləri Vüsal Quliyev, Əliməmməd Nuriyev, İlqar Məmmədov, Nərgiz Xələf, Şahin İsmayılov, Rufiz Qonaqov, Sahib Məmmədov, Anar Xəlilov və Emin Həsənli çıxış edərk gündəlikdə dayanan məsələlərlə bağlı təkliflərini bildiriblər.

İclasda Apellyasiya Komissiyasının səlahiyyətlərinin genişləndirilərək yalnız qrant müsabiqəsi nəticələri üzrə deyil, layihələrinin təqdimolunması prosesi ilə də bağlı məsələlərlə əlaqədar fəaliyyət göstərməsi təklif edilib.

Toplantıda layihələri qiymətləndirən ekspertlərin siyahısı da müzakirə edilib.
Müzakirələrdən sonra iclasın gündəliyində olan məsələlər ayrılıqda səsə qoyularaq qəbul edilib.

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1011

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...