SOSİAL
A- A A+

ATU-nun Tədris Terapevtik Klinikasının Kardiologiya şöbəsində unikal yenilik

2017-01-16 12:15:32

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının Kardiologiya şöbəsi innovativ restrukturizasiya və modernləşmə işlərini tam bərpa edib

Klinikanın bu şöbənəsin angioqrafiya, stend və başqa müəyyən invaziv müayinələrə aid cihazlar isə klinikanın birinci mərtəbəsində quraşdırılıb. Kardiologiya ilə bağlı hər bir lazımi və müasir avadanlıqlara burada rast gəlmək mümkündür. Kardialogiya şöbəsində  xüsusi qeydiyyat otağı və 9 palata fəaliyyət göstərir.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli Tədris Terapevtik Klinikanın yenicə istifadəyə veriləcək Kardiologiya şöbəsi ilə tanış olaraq, belə yeniliklərin çox vacib olduğunu qeyd etdi. Burada quraşdırılan avadanlıqlara tanış olan rektor, mərkəzin qurucuları və klinika rəhbərliyi ilə bir sıra fikir mübadiləsi apardı.

Rektor G. Gəraybəyli bildirdi ki, əvvəlcə ATU-da təhsil alan  tələbələr, rezidentlər bu yeniliklərlə tanış olmalı, lazımi biliklər əldə etməlidirlər. Rektor bu yeni mərkəzdə tezliklə həkimlər tərəfindən aparılan pre-invaziv, invaziv müdaxilələrin dərs otağına tələbələr üçün translyasiya edilməsinin tədrisdə çox vacib bir yenilik  olduğunu qeyd etdi: “Bizim yeniliklərimiz iki yönlüdür – bir tərəfdən xəstə məmnuniyyəti və digər tərəfdən tələbə təhsili. Buna görə də ilk olaraq, burada aparılan işləri tələbələr praktik olaraq görməlidirlər ki, əldə etdikləri biliklər və praktik vərdişlər onların dərslərinə bilavasitə kömək olsun. Dərs otağında belə bir  şəraitin yaradılması olduqca vacibdir”.

Mərkəzin rəhbəri F. Əliyev bildirdi ki, Azərbaycanda texniki baxımdan müasir olan və hazırda bu cür incəlikdə, dəqiqlikdə exokardioqrafiya edən, mürəkkəb diaqnostik proseduraları belə dəqiqlikdə həyata keçirən ikinci bir mərkəz yoxdur.

Qeyd edək ki, sözügedən mərkəzdə Azərbaycanda ilk dəfə olaraq “Transtelifonik EKQ holter” müayinəsi cihazı da yerləşdirilib. Bu aparat ürəkdə baş verən gündəlik dəyişikliklərin izlənilməsi üçün ən son və ən yeni avadanlıqdır. Azərbaycanda ilk dəfə ATU-nun Tədris Terapevtik Klinikasının Kardiologiya şöbəsinin poliklinikasında quraşdırılan bu aparat eləcə də digər innovativ cihazlar həm klinikada müayinə və müalicə olunan xəstələr, həm də bu müalicə və tədris müəssisəsində təhsil alan tələbə və rezidentlər üçün tibb elminin kardiologiya sahəsinin ən son naliyyətlərinə əsaslanan unikal yeniliklərdir. Bu yeniliklərdən hər kəs bəhrələnə bilər. 

 

 

 

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 258

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...