MÜSAHİBƏ
A- A A+

Səfir Erkan Özoral: Azərbaycan ötən 25 ildə regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib

2017-01-14 10:50:11

Türkiyə və Azərbaycanın 71 illik həsrəti 25 il əvvəl rəsmi olaraq sona çatıb

Mərhum şair Bəxtiyar Vahabzadənin vurğuladığı kimi "bir ananın iki oğlu, bir ağacın iki qolu" olan Türkiyə və Azərbaycan arasında “Diplomatik əlaqələrin yenidən qurulmasına dair Protokol” 1992-ci il yanvarın 14-də tarixdə imzalanıb, eyni gündə Türkiyə Respublikasının Bakıdakı baş konsulluğu səfirliyə çevrilib və bu, Azərbaycanda açılan ilk səfirlik olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin yenidən qurulması və Türkiyənin Azərbaycandakı səfirliyinin yenidən açılmasının 25-ci ildönümü ilə bağlı Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın açıqlamasında yer alıb.

“Türkiyədəki qardaşları üçün Azərbaycan hər zaman xüsusi mövqedə olmuş, aramızda hörülən divarlar bu həqiqəti heç vaxt dəyişdirə bilməmişdir. Soyuq müharibə dövründə Türk xalqı həsrətini Azərbaycan mahnılarını dinləyərək yox etməyə çalışmışdır. 1990-ci ildə Bakıda baş verən 20 Yanvar faciəsi və daha sonra Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğal edildiyi zaman azərbaycanlı qardaşlarımızın məruz qaldığı qırğınlar, Türkiyədə hər bir vətəndaşımızın hiddətinə səbəb olmuşdur”, - deyə səfir vurğulayıb.

Qeyd edib ki, Azərbaycan bu gün nail olduğu mövqe, hərtərəfli inkişaf hədəfi və artan rifah səviyyəsi ilə qibtə edilən bir ölkəyə çevrilib, 71 illik məşəqqətli dövrdən sonra beynəlxalq səviyyədə haqqı olduğu mövqeyə çatıb. Azərbaycan ötən 25 ildə ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və Prezident İlham Əliyevin liderliyi və iradəsi ilə regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib. Azərbaycan beynəlxalq siyasi, iqtisadi və humanitar sınaqlar qarşısında eyni dəyərlər əsasında həmrəylik şəraitində hərəkət etdiyimiz, əvəzsiz müttəfiqimiz və ən yaxın strateji tərəfdaşımızdır. 2011-ci ildən bu günə qədər dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları əlaqələrin hər sahədə daha da dərinləşməsinə öz töhfəsini verib. Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədə həyata keçirilən səfərlər və bütün sahələrdəki texniki əlaqələr intensivliyini qorumaqdadır. İki qardaş ölkə iqtisadi və digər bütün imkanlarını bəşəri dərinliyi ilə birləşdirib, regional, qlobal rifah və əmin-amanlığa xidmət etməkdədir. Bunun ən gözəl nümunəsi birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmiryolu və Avropanın enerji təhlükəsizliyinə də töhfəsini verəcək TANAP kimi ortaq layihələrdir. Eyni zamanda, Azərbaycanla birlikdə reallaşdırdığımız Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli dialoqlar bölgəmizin firavanlığına və sabitliyinə öz töhfəsini verməkdədir.

Səfir deyib: “Ötən 25 il ərzində birlikdə nail olduqlarımız gələcəyə ümidlə nəzər salmağımızı təmin etməkdə, birlikdə çalışaraq millətimiz üçün firavan gələcək qurmaq əzmimizi gücləndirməkdədir. Tarixdən bizə miras qalan Türkiyə və Azərbaycan arasındakı müstəsna əhəmiyyətli əlaqələri daha da inkişaf etdirmək və eyni taleyi bölüşərək əl-ələ verib gələcəyə doğru irəliləmək bizlərin əcdadımız qarşısındakı borcumuz, uşaqlarımız qarşısında isə vəzifəmizdir”.

 

 

 

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1167

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...