QHT və MEDİA
A- A A+

“Nezavisimaya qazeta”: “Azərbaycan özünün hərbi gücünü artırır”

2017-01-13 09:25:24

Rəsmi Bakı öz torpaqlarını işğaldan azad etmək üçün hərbi yoldan istifadə hüququnu öz əlində saxlayır

Bu barədə Azadinform “Nezavisimaya qazeta”-ya (Независимоя) istinadən xəbər verir. Bildirilir ki, Azərbaycan hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görür: “Bu il hərbi xərclər artırılacaq. Bunu prezident İlham Əliyev öz çıxışında bildirib. Onun sözlərinə əsasən böhran və neft qiymətlərinin düşməsinə baxmayaraq, ordu ən müasir texnika və silahlarla təmin olunur”.

Qəzet vurğulayıb ki, 2016-cı ilə nisbətən müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi üçün ayrılmış vəsait 187 milyon manat və ya 6,6% artırılaraq 2,8 milyard manata çatdırılıb. Bu vəsait təqribən 1,8 milyard dollara bərabərdir.

Həmçinin bildirilib ki, Azərbaycan prezidenti öz çıxışında deyib: “Azərbaycan özünün hərbi potensialını gücləndirməyə, o cümlədən ən müasir silahlarla təmin edilməsinə davam edəcək. Bu gün Azərbaycan ordusu həm döyüş effektivliyi, həm də texniki təchizat nöqteyi-nəzərindən dünyanın ən güclü orduları siyahısına daxildir”.

Qeyd edilib ki, bu vəsaitin mühüm hissəsi yeni növ silahların və texnikanın alınmasına xərclənilir.

Qəzet daha sonra yazır ki, rəsmi Bakının hərbi texnika, uçan aparatlar və reaktiv qurğular aldığı ilk 5 ölkəyə Rusiya, İsrail, Pakistan, Ukrayna və Türkiyə daxildir.

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 469

QHT və MEDİA

2018-06-20 09:15:36

QHT və MEDİA
Parisdə türk dünyası ilə bağlı silsilə t...
Parisdə türk dünyası ilə bağlı silsilə t...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Beynəlxalq Türk M...

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...