QHT və MEDİA
A- A A+

Əl-Cəzirə telekanalı Qarabağ atlarına həsr olunan reportaj yayımlayıb

Əl-Cəzirə telekanalının Azərbaycanla bağlı silsilə reportajlarının növbətisi Qarabağ atlarına həsr olunub

Əl-Cəzirə telekanalı Qarabağ atlarına həsr olunan reportaj yayımlayıb

Reportajda dünyada tayı-bərabəri olmayan Qarabağ atları haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Günəş şüaları altında parıldayan qızılı-narıncı, açıq və tünd qonur rəngli bu atlar ekstremal şoularda xüsusilə seçilirlər. Onların əsas üstünlükləri dözümlülük və dağa çıxmaqda böyük məharətli olmalarıdır. Bu atlar, həmçinin öz həssaslıqları, sahiblərinə sədaqətli olmaları ilə fərqlənirlər.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev Əl-Cəzirə telekanalının müxbirinə müsahibəsində Qarabağ atlarının xüsusiyyətləri barədə danışır. O deyir ki, bu növ atlar başqa məşhur at cinsləri ilə müqayisədə ortaboylu olsalar da, keçilməz dağlıq ərazilərdə uzun müddət yol qət edə bildikləri üçün ən yaxşı atlardır.

Reportajda diqqətə çatdırılır ki, Azərbaycan hökuməti bu at cinsinin və onun genetik fondunun qorunması üçün dövlət proqramı həyata keçirir.

Çövkən oyunu üzrə məşqçi və hakim Namiq Orucov bildirir ki, Qarabağ atları Azərbaycanda keçirilən yarışlarda mühüm rol oynayır. Bu yarışların ən məşhurlarından biri çövkən oyunudur. O deyir ki, nəsildən-nəslə keçərək əcdadlarımızdan bizə gəlib çatan çövkən oyunu yalnız Qarabağ və Dilbaz atları ilə oynanılır.

Müəllif vurğulayır ki, Azərbaycanda çövkən oyunu ilə bağlı ildə bir neçə dəfə milli çempionatlar keçirilir. Bu, həm rəsmi səviyyədə, həm də xalq tərəfindən maraqla qarşılanır.

Reportajda, həmçinin Gülnaz adlı atüstü oyunlar üzrə idmançı ilə müsahibəyə yer verilir. İxtisasca neft mühəndisi olan Gülnaz Qarabağ atlarına sevgisi səbəbindən iş yerini tərk edərək özünü bu cinsin qorunması, xarakterik xüsusiyyətlərinin dünyada tanıdılması işinə həsr edib. O, deyir ki, indiyədək dünyanın bir neçə müxtəlif at cinsi ilə işləyib. Lakin Qarabağ atı qədər onu özünə çəkən və rəğbətini qazanan at olmayıb.

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 104

SOSİAL

2017-01-24 11:00:20

SOSİAL
Azərbaycan folklor nümunələri ilə bağlı layihə hazırlanıb
Azərbaycan folklor nümunələri ilə bağlı layihə hazırlanıb

Yeni qanun

2017-01-23 10:10:34

SOSİAL
Ermənistan Atom Elektrik Stansiyasında qəza baş verib
Ermənistan Atom Elektrik Stansiyasında qəza baş verib

Yanvarın 21-də Ermənistandakı Atom Elektrik Stansiyasında qəza qeydə alınıb

İQTİSADİ

2017-01-23 10:35:37

İQTİSADİ
“China Daily”: Azərbaycan İpək yolu zəncirində açar rol oynayır
“China Daily”: Azərbaycan İpək yolu zəncirində açar rol oynayır

Çinin nüfuzlu “China Daily” qəzetində “Azərbaycan İpək yolu zəncirində açar rol oynayır” başlıqlı məqalə dərc olunub

2017-01-18 10:55:36

İQTİSADİ
Akademik Xoşbəxt Yusifzadənin kitabı xaricdə nəşr edilib
Akademik Xoşbəxt Yusifzadənin kitabı xaricdə nəşr edilib

“Ömrümün illəri və izləri”

MƏDƏNİ

2017-01-24 10:20:01

MƏDƏNİ
“Azərbaycan xalçaları” jurnalı
“Azərbaycan xalçaları” jurnalı

yeni nömrədə

2017-01-20 08:50:06

MƏDƏNİ
Qarabağda qədim Azərbaycan abidələrinin dağıdılması prosesi davam edir
Qarabağda qədim Azərbaycan abidələrinin dağıdılması prosesi davam edir

İşğalçı Ermənistan Azərbaycanın mədəni-tarixi abidələrinin yer üzündən silinməsi istiqamətində öz çirkin addımlarını davam etdirir

TƏDQİQATLAR

2017-01-13 09:15:49

TƏDQİQATLAR
Tarixi şəxsiyyətlərimizə sahib çıxaq
Tarixi şəxsiyyətlərimizə sahib çıxaq

Müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən biri də tarix elmimizin inkişafı sahəsində əldə olunan böyük uğurlardır

2017-01-12 10:10:17

TƏDQİQATLAR
Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət
Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət

Araşdırma

QHT və MEDİA

2017-01-21 21:35:05

QHT və MEDİA
"Biz, soyqırım və terrorra yox deyirik!"adlı sənədli filmin çəkilişləri davam edir
"Biz, soyqırım və terrorra yox deyirik!"adlı sənədli filmin çəkilişləri davam edir

Layihə

2017-01-19 20:50:21

QHT və MEDİA
Şəhidlər yad edildi
Şəhidlər yad edildi

Toplantı

DİGƏR

2017-01-21 12:00:27

DİGƏR
Lüksemburqlu deputatlara Azərbaycanla bağlı həqiqətlər çatdırılıb
Lüksemburqlu deputatlara Azərbaycanla bağlı həqiqətlər çatdırılıb

Milli Məclis üzvlərinin xarici həmkarları ilə görüşü

2017-01-18 10:05:07

DİGƏR
Ermənistanın qanunsuz məskunlaşma siyasəti: 2334 saylı qətnamədən sonra...
Ermənistanın qanunsuz məskunlaşma siyasəti: 2334 saylı qətnamədən sonra...

BMT Təhlükəsizlik Şurası İsraillə bağlı bir sənəd qəbul edib