İQTİSADİ
A- A A+

“The Streight Times” qəzeti Azərbaycanın turizm potensialı barədə

2017-01-11 09:35:22

Sinqapurun məşhur “The Streight Times” qəzeti “2017-ci ildə hara getməli” səhifəsində “Köhnə və yeni Bakı, Azərbaycan” başlıqlı məqalə dərc edib

Məqalədə Bakı Asiya və Avropa arasında yerləşən “cəvahir” adlandırılır. Qeyd edilir ki, həm Şərq, həm də Avropa mədəniyyətlərini özündə üzvi şəkildə cəmləşdirən bu şəhərə sinqapurluların səyahət səbətində az rast gəlinsə də, məşhur “TripAdvisor” turizm səhifəsi Bakının ötən ay asiyalı turistlərin seçimləri arasında ilk yeri tutduğunu elan edib.

Daha sonra məqalədə İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası haqqında qısa məlumat verilir, onların UNESCO-nun Dünya Mədəni İrsi siyahısında yer tutduğu nəzərə çatdırılır.

Azərbaycan mətbəxindən – kabab, paxlava və ənənəvi çay evlərindən söhbət açılır, İçərişəhərin ətrafındakı müasir tikililərə diqqət yetirilir. Yüksək memarlıq həlli ilə diqqəti cəlb edən “Alov Qüllələri” və “Heydər Əliyev Mərkəzi”ndən bəhs olunur.

 Məqalədə “TripAdvisor” səhifəsinin Azərbaycan ilə bağlı diqqət yetirdiyi iki cəhət xüsusi qeyd olunur. Bunlardan birincisi, Azərbaycanda çörəyin müqəddəs hesab edilməsi, ikincisi isə Naftalan nefti və onun müalicəvi əhəmiyyətidir. (AZƏRTAC)


Kateqoriya : İQTİSADİ Baxış sayı : 891

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...