MÜSAHİBƏ
A- A A+

Abdulla Əmir Haşımı Cavanşır: “İsveçdə qondarma erməni soyqırımı məsələsini tarix kitablarına salmağa çalışırlar”

2017-01-09 10:10:54

Müsahibə

Fact-info.az saytının  bugünkü qonağı İsveçdə fəaliyyət göstərən Cənubi Azərbaycan Konqresinin sədri, Azərbaycan Mədəniyyət-Qarabağ Cəmiyyətinin rəhbəri Abdulla Əmir Haşımı Cavanşırdir. O,  xaricdə yaşayan soydaşlarımızın  fəaliyyəti, Cənubi Qafqazda  gedən proseslər, xüsusilə, Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı  düzgün məlumatların dünya ictimaiyyətinə çatdırılması  məsələsinə və digər məqamlara aydınlıq gətirib.

-Öncə ondan başlayaq ki,  Avropa məkanında  müsəlman dünyasına  münasibətin belə aqressiv olmasının səbəbləri nədir?

- Əslində son dövrlər baş verən proseslər  bir çox dairələrin iç üzünü açıb.göstərdi.  Həmin dairələr hər zaman müsəlman dünyasına, türklərə qarşı  müəyyən aqressivlik nümayiş etdiriblər. Son zamanlar bu ədalətsiz münasibət bir azda artıb. Bunun da müxtəlif səbəbləri olar. Burada dini qütbləşmədən tutmuş ermənilərin uzun illər apardığı saxta təbliğatda müəyyən qədər rol oynayıb. Təəssüf ki, bir çox ölkələrdə, Avropa cəmiyyətlərində  ermənilərə qucaq açıblar. Onları məzlum xalq kimi  tanıyıb qəbul ediblər. Ermənilər uzun illər bütün Avropa cəmiyyətlərində saxta təbliğat aparaq  türkləri, azərbaycanlıları düşmən kimi, erməniyə zülm edən xalq kimi tanıtdırmağa  cəhd göstəriblər.  Ona görədə İsveçdə  qondarma erməni soyqırımı məsələsini  tarix kitablarına salmağa çalışırlar. Bəzən bu istəklərinə nail olurlar.

-Bəs Türk-Azərbaycan diaspora təşkilatlarının bütün bunlara reaksiyası necədir?

-Orada yaşayan azərbaycanlılar, türklər,  digər müsəlman xalqların nümayəndələri hər zaman  hüquq çərçivəsində,  qanunlara ehtiramla yanaşıb fəaliyyət göstərirlər. Əsl həqiqəti Avropa cəmiyyətinə, İsveç əhalisinə  çatdırırıq.  Biz mütəmadi görüşlər keçirərək əcnəbilərə anlatmaq istəyirik ki,  100 öncə baş vermiş bir hadisəni ermənilər bu gün dünyada  erməni “soyqırımı” kimi qəbul elətdirmək istəyirlər, ancaq 25 il öncə Xocalıda dinc azərbaycanlılara qarşı  baş verən  soyqırım hadisəsinə etinasızlıq  göstərilir. Müsair  dünyanın gözü qarşısında  bir gecənin içində Xocalı şəhəri tamamilə dağıdılıb, .əhalisi  azərbaycamlı olduğuna görə, işgəncəyə məruz qalıb, qətlə yetirilib. Bütün bunlara  Avropa cəmiyyəti, sivil toplumlar necə biganə qalsın?

-Həmin toplumların bütün bu təbliğat işinə, Azərbaycanın haqlı, ədalətli mövqeyinə   münasibəti necə olur?   

-Baxırıq, sadə vətəndaşların bu məsələlərlə bağlı informasiyası yetərli deyil. Bəzən, ümumiyyətlə, olmur. Bəzi rəsmi dairələrdə məlumat olsa da etinasızlıq var.  Ancaq bütün hallarda İsveçdə və digər ölkələrdə Azərbaycanla bağlı  təbliğat işini daha sürətlə, peşəkar səviyyədə aparmaq lazımdır. Biz  İsveç Xarici İşlər Nazirliyində  bir sıra şöbələrlə mütəmadi olaraq görüşlər keçiririk.  O cümlədən Sofia Eefeldt Nyman: Eeastev and Central Asia, Petra Larke Heac of Eastern Europa və digər strukturlarla mütəmadi  danışıqlar aparırıq. Cənubi Qafqazda gedən proseslər,  Ermənistanın işğalçılıq siyasəti, bu siyasətin yaratdığı  ağır nəticələr haqqında məlumatları həmin qurmlara  və Avropa ictimaiyyətinə çatdırırıq.  Mənim qənaətimcə, bu görüşlər səmərəli olur. Qarşı tərəfin nümayəndələri, sadə avrapalılar  Azərbaycan həqiqətləri ilə tanış olurlar.  Bu da ermənilərin uzun illər apardığı  saxta təbliğat işinə  zərbə vurur.

-Əcnəbi KİV-lərlə əməkdaşlığı necə qurursunuz?

- Biz İsveçdə mütəmadi olaraq tədbirlər keçiririk.  20  Yanvar hadisələri, Xocalı  faciəsinin ildönümündən tutmuş digər anma mərasimləri təşkil olunur.  Biz həmin tədbirlərimiz haqqında İsveçdəki mətbuat orqanlarına məlumatlar göndəririk. Onların bir çoxu bu məlumatları yayırlar.  Biz diaspara təşkilatları olaraq  çevrəmizdə olan media qurumları ilə əməkdaşlığı davam etdiririk. Bundan əlavə Azərbaycanla bağlı, xüsusilə, münaqişə haqqında məlumatlardan bəhs edən müxtəlif  dillərdə çap olunan kitabları İsveç  kitabxanalarına, əcnəbi oxucu kütləsinə təqdim edirik. 

Fact-info.az

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 620

QHT və MEDİA

2017-06-22 20:25:51

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasətinın yara...
Ermənistanın işğalçılıq siyasətinın yara...

Fact-info.az xəbər verir ki, yunun 22-də Beynəlxalq Münasibətlərin Araş...

2017-06-21 08:40:47

QHT və MEDİA
Qarabağ rəssamlıq məktəbi
Qarabağ rəssamlıq məktəbi

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsvir...

CƏMİYYƏT

2017-06-23 12:10:37

CƏMİYYƏT
Balakən və Zaqatala rayonlarında Şuranın...
Balakən və Zaqatala rayonlarında Şuranın...

Azərbaycan Respub...

2017-06-21 22:35:07

CƏMİYYƏT
“L’Opinione”: “Jerusalem Post” Azərbayca...
“L’Opinione”: “Jerusalem Post” Azərbayca...

İtaliyanın “L’Opinione” qəzetində tədqiqatçı-jurnalist Domeniko Letizianın “J...

İQTİSADİ

2017-06-24 11:20:28

İQTİSADİ
Enerji təhlükəsizliyinin hüquqi probleml...
Enerji təhlükəsizliyinin hüquqi probleml...

Qloballaşma dövründə həm ümumdünya miqyasında, həmçinin dünyanın müxtəlif reg...

2017-06-20 09:25:14

İQTİSADİ
Azərbaycan Qlobal kibertəhlükəsizlik ind...
Azərbaycan Qlobal kibertəhlükəsizlik ind...

"APA-Economics" xəbər verir ki, indeks ITU-nun üzvü olan ölkələrin kibertəhlü...