QHT və MEDİA
A- A A+

Berlində ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

2015-05-09 11:40:35

Tədbirdə Almaniyada təhsil alan və tədqiqat aparan azərbaycanlı gənclər iştirak ediblər.

Azərbaycanın Almaniyadakı səfirliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycan axşamı təşkil edib. Berlinin tarixi binalarından olan Şarlottenburq bələdiyyəsində keçirilmiş tədbirə 200-dən artıq iştirakçı qatılıb.

Səfir Pərviz Şahbazov tədbirdə çıxış edərək Ulu Öndərin Azərbaycanın müstəqillik tarixində yeri və rolundan danışib. Bildirib ki, Ermənistanın təcavüzü və daxildəki hərc-mərclik nəticəsində 1990-cı illərin əvvəllərində gələcəyi qaranlıq görünən Azərbaycan məhz Heydər Əliyevin apardığı uzaqgörən dövlət quruculuğu islahatları nəticəsində güclü, müvəffəqiyyətli və sabit iqtisadiyyata malik bir ölkəyə çevrilib. Heydər Əliyev şəxsiyyətini xarakterizə edən səfir xüsusilə indiki dövrdə çoxsaylı münaqişələrdən əziyyət çəkən dünyanın bu cür liderlərə böyük ehtiyacı olduğunu vurğulayıb. Pərviz Şahbazov Azərbaycan xalqının Heydər Əliyevin xatirəsini daim minnətdarlıq və ehtiramla andığını bildirib.

Tədbir Azərbaycandan təşrif buyurmuş musiqiçilər - xalq artistləri Fidan və Xuraman Qasımovaların, eləcə də Bakı Musiqi Akademiyasının dosenti Nigar Məlikovanın ifasında konsert proqramı ilə davam edib. Onlar Azərbaycan və dünya korifey bəstəkarlarından musiqilər səsləndiriblər.

Sonda ziyafət verilib. Azərbaycan axşamında Almaniya Bundestaqının deputatları, bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, Almaniyanın siyasi, elm və mədəniyyət xadimləri, diplomatlar, mətbuat təmsilçiləri, Azərbaycan və türk diasporunun üzvləri, Almaniyada təhsil alan və tədqiqat aparan azərbaycanlı gənclər iştirak ediblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1447

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...