SİYASƏT
A- A A+

ABŞ-ın “Cape Cod Times” qəzeti: Ermənistanın silahlı hücumu qınanmalıdır

2017-01-06 09:35:37

ABŞ-ın “Cape Cod Times” qəzetində “Ermənistanın silahlı hücumu qınanmalıdır” adlı məqalə dərc edilib

Məqalədə 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə hücumundan və Ermənistanın Azərbaycana qarşı artıq 25 ildir davam edən təcavüzündən bəhs olunur.

Yazıda Ermənistan hərbçilərinin Azərbaycanın dövlət sərhədini keçməsi, düşmənin dekabrın 29-da Tovuz rayonunda diversiya hərəkətləri və Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülən müvafiq tədbirlər haqqında məlumat verilir. Məqalədə Azərbaycan ərazisinin 20 faizinin işğalının davam etməsindən və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrindən (822, 853, 874 və 884) söhbət açılır.

Qeyd edək ki, məqalə Azərbaycan ərazilərinin işğal edilməsi ilə əlaqədar ABŞ ictimaiyyətini və Administrasiyasını məlumatlandırmaq üçün ABŞ Azərbaycanlıları Şəbəkəsinin həyata keçirdiyi yazılı kampaniyanın nəticəsi olaraq dərc edilib. Təşkilatın üzvləri, həmçinin ABŞ Administrasiyasını və ATƏT-in Minsk qrupunu Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməsi və Azərbaycana qarşı təcavüzü dayandırması üçün rəsmi Yerevana təzyiq göstərməyə çağırıblar. (AZƏRTAC)

 

 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 261

QHT və MEDİA

2017-08-18 07:30:08

QHT və MEDİA
“Neues Deutschland” qəzetində Azərbaycan...
“Neues Deutschland” qəzetində Azərbaycan...

Neues Deutschland qəzetinin bugünkü sayında “Wienand-Verlag” nəşriyyatında ça...

2017-08-17 09:20:37

QHT və MEDİA
Rusiyanın tanınmış azərbaycanlı vəkili i...
Rusiyanın tanınmış azərbaycanlı vəkili i...

Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilat...

CƏMİYYƏT

2017-08-17 09:15:25

CƏMİYYƏT
Müqəddəs amallar naminə keçilən şanlı xi...
Müqəddəs amallar naminə keçilən şanlı xi...

Azərbaycan qədim dövlətçilik ənənəsinə malik olduğundan tarixin hər bir kəsim...

2017-08-14 08:35:40

CƏMİYYƏT
Telekanallarla bağlı monitorinqin nəticə...
Telekanallarla bağlı monitorinqin nəticə...

Bu ilin iyun-iyul aylarında aparılmış teleradio yayımçılarının proqramlarının...

İQTİSADİ

2017-08-18 08:15:49

İQTİSADİ
20 statistik nəşr işıq üzü görüb
20 statistik nəşr işıq üzü görüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi (DSK) tərəfindən cari ilin...

2017-08-08 10:05:25

İQTİSADİ
"Regionların inkişafı daim dövlət başçıs...
"Regionların inkişafı daim dövlət başçıs...

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki,...