SİYASİ
A- A A+

XİN: “Ermənistan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur”

Ermənistan beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur və erməni təxribatı nəticəsində həlak olmuş hərbi qulluqçumuz Çingiz Qurbanovun meyitini hələ də geri qaytarmayıb

XİN: “Ermənistan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur”

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O qeyd edib ki, bununla əlaqədar Azərbaycan XİN digər aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq beynəlxalq təşkilatlara müraciətlər göndərib, lakin Ermənistan tərəfi Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı müraciətləri cavabsız qoyur və öz qeyri-insani simasını nümayiş etdirməkdə davam edir: “Bu təxribat bir daha onu göstərdi ki, regionda sülh üçün ən böyük təhlükə məhz Ermənistanın hərbi-siyasi rejimidir. Ermənistanın belə təxribatlarının əsl məqsədi münaqişənin həllinə imkan verməmək və vəziyyəti gərginləşdirməkdən ibarətdir. Dövlət sərhədində baş verən təxribatların arxasında bilavasitə Ermənistan durur”.

H.Hacıyev əlavə edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə cəlb etməklə regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlara ciddi zərbə vurur:

“Bu gün Ermənistanda və erməni diaspor dairələrində bir sıra sağlam düşüncəli qüvvələr münaqişənin həlli ilə əlaqədar pozitiv və konstruktiv fikirlərlə çıxış etsələr də, Ermənistanın hərbi-siyasi rejimi buna imkan vermir. Ermənistanın Xarici İşlər Nazirliyi və digər rəhbər şəxslərinin son açıqlamaları da bir daha bunun bariz nümunəsidir ki, Ermənistan regionda öz aqressiv siyasətini davam etdirir və bunun da mahiyyəti Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və mövcud status-kvonun saxlanmasıdır”.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.(Azadinform)

 

 

 

 


Kateqoriya : SİYASİ Baxış sayı : 119

SOSİAL

2017-04-28 12:10:56

SOSİAL
Azərbaycan müdafiə sənayesinin məhsulları 10-dan çox ölkəyə ixrac olunur
Azərbaycan müdafiə sənayesinin məhsulları 10-dan çox ölkəyə ixrac olunur

Azərbaycan 2012-ci ildən xarici ölkələrə hərbi təyinatlı məhsullar ixrac edir

2017-04-26 10:50:29

SOSİAL
“Tarix yazan xanımlarımız - keçmişdən bugünədək” kitabının təqdimatı olub
“Tarix yazan xanımlarımız - keçmişdən bugünədək” kitabının təqdimatı olub

Beynəlxalq Mətbuat Mərkəzində Samirə Zeynallının “Tarix yazan xanımlarımız - keçmişdən bugünədək” kitabının təqdimatı keçirilib

İQTİSADİ

2017-04-20 09:30:06

İQTİSADİ
Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların hüquqi bazası formalaşdırılır
Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların hüquqi bazası formalaşdırılır

.

2017-04-10 08:10:42

İQTİSADİ
Ermənistan bundan sonra beynəlxalq layihələrdən kənarda qalacaq
Ermənistan bundan sonra beynəlxalq layihələrdən kənarda qalacaq

.

MƏDƏNİ

2017-04-24 08:10:52

MƏDƏNİ
"Bakı əsrlərin aynasında" sənədli filmi
"Bakı əsrlərin aynasında" sənədli filmi

Nizami Kino Mərkəzində "Bakı əsrlərin aynasında" sənədli filminin təqdimatı olub

2017-04-21 10:15:10

MƏDƏNİ
Özbəkistanda Qarabağ geyimləri təqdim edilib
Özbəkistanda Qarabağ geyimləri təqdim edilib

.

TƏDQİQATLAR

2017-04-28 10:45:30

TƏDQİQATLAR
"Erməni xalqı cinayətkar rejimin girovuna çevrilib"
"Erməni xalqı cinayətkar rejimin girovuna çevrilib"

Aprelin 26-da Rusiyanın populyar pravda.ru internet-portalında “Əli Həsənovun kitabları: Xocalı faciəsindən Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru” sərlövhəli məqalə dərc edilib

2017-04-24 09:55:01

TƏDQİQATLAR
Uydurma soyqırımı: mif və həqiqətlər
Uydurma soyqırımı: mif və həqiqətlər

Tarixdə müxtəlif soyqırım hadisələri baş verib

QHT və MEDİA

2017-04-28 16:10:59

QHT və MEDİA
QHT aqrar bölmənin inkişafına töhfəsini verərək yeni layihəyə başlayıb
QHT aqrar bölmənin inkişafına töhfəsini verərək yeni layihəyə başlayıb

Layihə

2017-04-26 22:50:31

QHT və MEDİA
“Nezavisimaya qazeta”: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır
“Nezavisimaya qazeta”: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

.

DİGƏR

2017-04-28 10:10:24

DİGƏR
İzmirdə Xocalı abidəsi ucaldılacaq
İzmirdə Xocalı abidəsi ucaldılacaq

.

2017-04-27 08:30:51

DİGƏR
Avropa dəyərlərinə başlıca təhlükənin ünvanı: ikili standartlar
Avropa dəyərlərinə başlıca təhlükənin ünvanı: ikili standartlar

.

CƏMİİYYƏT

2017-04-26 10:00:35

CƏMİİYYƏT
Terrorun yeni təzahürü: dünyaya yayılma təhlükəsinin bir sıra aspektləri
Terrorun yeni təzahürü: dünyaya yayılma təhlükəsinin bir sıra aspektləri

Araşdırma

2017-04-26 09:05:01

CƏMİİYYƏT
Zeynalabdin Tağıyevin Türk Sultanına hədiyyəsi
Zeynalabdin Tağıyevin Türk Sultanına hədiyyəsi

İslami dəyərlərə ehtiram