CƏMİYYƏT
A- A A+

Gəncədə Cavad xanın xatirəsi ehtiramla anılıb

2017-01-05 10:15:27

Gəncə xanlığının sonuncu hökmdarı, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xan Qacarın xatirəsi anılıb

AZƏRTAC xəbər verir ki, Cavad xan türbəsinin qarşısında təşkil olunan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin təmsilçiləri, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Mərasimdə çıxış edənlər 1747-1804-cü illərdə Gəncə xanlığının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarını bürüyən dərin sosial-iqtisadi, siyasi böhranın köklərini və xanlıqların qarşılaşdıqları işğal təhlükəsini tarixi faktlarla iştirakçıların diqqətinə çatdırıblar. Bildirilib ki, Gəncə xanlığının sonuncu hökmdarı olan Cavad xan Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparıb, imperiya ordusunun əsgərləri ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Çar imperiyası qoşunlarının çoxsaylı həmlələrindən sonra Gəncə şəhəri 1804-cü il yanvarın 4-də işğal edilib. Gəncənin yadellilərdən müdafiəsi zamanı Cavad xanın oğlu Hüseynqulu bəy, ailə üzvləri və 1500 nəfərədək gəncəli mətanətlə vuruşaraq şəhid olub, 17 min 224 nəfər dinc sakin əsir götürülüb.

 Çıxışlarda diqqətə çatdırılıb ki, Cavad xan çar imperiyası qoşunlarına qarşı mərdliklə mübarizə apararaq Azərbaycanın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən birini yazıb. Odur ki, düşmən əsarətinə qarşı əyilməzlik və mübarizlik rəmzi kimi Cavad xanın xatirəsi nəinki gəncəlilər, eləcə də bütün Azərbaycan xalqı tərəfindən böyük hörmət və ehtiramla anılır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Cavad xanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. 2004-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xanın məzarı üzərində tarixi üslubda türbə inşa olunub, Gəncənin ən qə küçə və qəsəbələrindən birinə onun adı verilib.

 Sonda mərasim iştirakçıları Cavad xanın türbəsini ziyarət edib, məzarı üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 566

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...