SİYASİ
A- A A+

Horadiz əməliyyatının 23-cü ildönümü qeyd olunub

Toplantı

Horadiz əməliyyatının 23-cü ildönümü qeyd olunub

Azərbaycan Ordusunun 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 22 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 23 il ötür. Bu münasibətlə Horadiz şəhərində Heydər Əliyev parkında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova, rayonun idarə, müəssisələrinin kollektivləri, hüquq-mühafizə orqanları rəhbərləri, icra bələdiyyə nümayəndələri, N saylı hərbi hssənin əsgər və zabitləri, keçmş döyüşçülər, ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, deputat Bahar Muradova və tədbir iştirakçıları mərhum prezident Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. 

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi görkəmli dövlət xadimi Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilib:

“Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı zamanı Horadiz qəsəbəsi və rayonun 20 Arazboyu kəndi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib, 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Bu döyüşlərdə ermənilər böyük itkilər verib”.

Alı Alıyev bildirib ki, Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələri Heydər Əliyevin rəhbərliyi ilə bərpa olunmağa başlayıb, sosial obyektlər, dağıdılmış və yandırılmış infrastruktur bərpa olunub, füzulililər doğma yurdlarına qayıdıblar. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”, – deyən Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində 11 Qayıdış, 2007-ci ildə 5 Zobucuq qəsəbəsi, 2016-cı ilin noyabr ayında Prezident İlham Əliyevin Füzuliyə növbəti səfəri zamanı isə respublikada sonuncu fin evi də ləğv edilərək burada məkunlaşan məcburi kökünlər yeni daş evlər qəsəbəsinə köçürülüb. Hazırda həmin qəsəbələrdə 20 min nəfərdən artıq məcburi köçkün məskunlaşaraq yaşayır. Ölkə başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları ödənilib. 

“Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Horadizə şəhər statusu verilib, müasir sosial-infrastruktur layihələri reallaşdırılıb. Son 5 ildə cənab prezident İlham Əliyev Füzuliyə 3 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 7 Sərəncam imzalayıb”, – deyə Alı Alıyev vurğulayıb.

Milli Məlis sədrinin müavini Bahar Muradova çıxış edərək Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıb. Bildirib ki, məhz Horadiz əməliyyatı ilə Azərbaycan ordusunun qələbə əzmi özünə qayıtmışır. Bahar Muradova hazırda Azərbaycan ordusunun Qafqazın ən güclü ordusunun olduğunu, Ali Baş komandan İlham Əliyevin rəhbəliyi ilə işğal altnda olan torpaqlarımızı düşməndən istənilən zaman azad etmək əzmində olduğunu vurğulayıb. “Biz bunun 2-5 aprel döyüşləri zamanı bir daha şahidi olduq”.

Digər çıxış edənlər “Azərbaycan bayrağı” ordenli Sevindik İsmayılov, Horadiz şəhərində erməni bayrağını endirib Azərbaycan bayrağını sancan Şakir Bayramov və digərləri Horadiz əməliyyatının hərb tariximizin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıblar.

Qeyd olunub ki, cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır. Füzulililər prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ona inanır və dəstəkləyirlər. İnanırlar ki, cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə Füzuliyə, işğal altında olan torpaqlara qayıdacaqlar. 

Tədbir rayonun incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Kateqoriya : SİYASİ Baxış sayı : 59

SOSİAL

2017-01-24 11:00:20

SOSİAL
Azərbaycan folklor nümunələri ilə bağlı layihə hazırlanıb
Azərbaycan folklor nümunələri ilə bağlı layihə hazırlanıb

Yeni qanun

2017-01-23 10:10:34

SOSİAL
Ermənistan Atom Elektrik Stansiyasında qəza baş verib
Ermənistan Atom Elektrik Stansiyasında qəza baş verib

Yanvarın 21-də Ermənistandakı Atom Elektrik Stansiyasında qəza qeydə alınıb

İQTİSADİ

2017-01-23 10:35:37

İQTİSADİ
“China Daily”: Azərbaycan İpək yolu zəncirində açar rol oynayır
“China Daily”: Azərbaycan İpək yolu zəncirində açar rol oynayır

Çinin nüfuzlu “China Daily” qəzetində “Azərbaycan İpək yolu zəncirində açar rol oynayır” başlıqlı məqalə dərc olunub

2017-01-18 10:55:36

İQTİSADİ
Akademik Xoşbəxt Yusifzadənin kitabı xaricdə nəşr edilib
Akademik Xoşbəxt Yusifzadənin kitabı xaricdə nəşr edilib

“Ömrümün illəri və izləri”

MƏDƏNİ

2017-01-24 10:20:01

MƏDƏNİ
“Azərbaycan xalçaları” jurnalı
“Azərbaycan xalçaları” jurnalı

yeni nömrədə

2017-01-20 08:50:06

MƏDƏNİ
Qarabağda qədim Azərbaycan abidələrinin dağıdılması prosesi davam edir
Qarabağda qədim Azərbaycan abidələrinin dağıdılması prosesi davam edir

İşğalçı Ermənistan Azərbaycanın mədəni-tarixi abidələrinin yer üzündən silinməsi istiqamətində öz çirkin addımlarını davam etdirir

TƏDQİQATLAR

2017-01-13 09:15:49

TƏDQİQATLAR
Tarixi şəxsiyyətlərimizə sahib çıxaq
Tarixi şəxsiyyətlərimizə sahib çıxaq

Müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən biri də tarix elmimizin inkişafı sahəsində əldə olunan böyük uğurlardır

2017-01-12 10:10:17

TƏDQİQATLAR
Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət
Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət

Araşdırma

QHT və MEDİA

2017-01-21 21:35:05

QHT və MEDİA
"Biz, soyqırım və terrorra yox deyirik!"adlı sənədli filmin çəkilişləri davam edir
"Biz, soyqırım və terrorra yox deyirik!"adlı sənədli filmin çəkilişləri davam edir

Layihə

2017-01-19 20:50:21

QHT və MEDİA
Şəhidlər yad edildi
Şəhidlər yad edildi

Toplantı

DİGƏR

2017-01-21 12:00:27

DİGƏR
Lüksemburqlu deputatlara Azərbaycanla bağlı həqiqətlər çatdırılıb
Lüksemburqlu deputatlara Azərbaycanla bağlı həqiqətlər çatdırılıb

Milli Məclis üzvlərinin xarici həmkarları ilə görüşü

2017-01-18 10:05:07

DİGƏR
Ermənistanın qanunsuz məskunlaşma siyasəti: 2334 saylı qətnamədən sonra...
Ermənistanın qanunsuz məskunlaşma siyasəti: 2334 saylı qətnamədən sonra...

BMT Təhlükəsizlik Şurası İsraillə bağlı bir sənəd qəbul edib