QHT və MEDİA
A- A A+

“The Hill” qəzeti Azərbaycandan yazıb

2017-01-04 21:25:06

Məqalə

ABŞ-ın “The Hill” qəzetində Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti, İsrailin “Wikistart” Geostrateji Təhlil Agentliyinin baş analitiki, “Türkiyənin İsrail və Azərbaycan ilə ittifaqı: Yaxın Şərqdə və Qafqazda dövlətlərin identikliyi və təhlükəsizlik sistemi” kitabının müəllifi Aleksandr Murinsonun “Azərbaycan və İsrail: əsl müsəlman-yəhudi münasibətlərinin nümunəsi” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə iki ölkə arasında strateji münasibətlərdən, Azərbaycanda yəhudi icmasından və tolerantlıqdan danışılır. A.Murinson Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan diplomatiyası, Azərbaycan-İsrail münasibətləri haqqında nəşrin oxucularına yalan məlumat verən erməni müəllifinin məqaləsinə cavab olaraq yazır ki, İsrail ilə Azərbaycan arasında sıx, səmimi münasibətlər və əməkdaşlıq mövcuddur.
Ekspert qeyd edir ki, İsrail ilə Azərbaycan arasında münasibətlər digər ölkələrə nümunədir və sübut edir ki, müsəlmanlar və yəhudilər dünyada yanaşı yaşaya bilərlər. A.Murinson bildirir ki, SSRİ-nin dağılmasına qədər 800 minədək yəhudi Azərbaycanda yaşayıb. Sovet İttifaqında antisemitizmdən danışan müəllif vurğulayır ki, yəhudilərə Azərbaycanda münasibət həmişə müsbət olub. A.Murinson Azərbaycan-ABŞ münasibətlərinə toxunaraq qeyd edir ki, Tramp administrasiyası ilə strateji münasibətlər yaxşılaşacaq. (AZƏRTAC)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 738

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...