MƏDƏNİ
A- A A+

“Azərbaycanın mədəni sərvəti” layihəsi haqqında

2016-12-26 09:05:52

Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində tədbir keçirilib

 

Tədbir UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb. Muzeyin direktoru Şirin Məlikova layihə haqqında məlumat verərək bildirib ki, “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində unudulmaqda olan parça, tikmə və milli geyimlərin dirçəlməsi üzrə Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan dəvət olunmuş mütəxəssislər tərəfindən ustad dərsləri keçirilib. Ümumiyyətlə, layihənin məqsədi unudulmaqda olan milli adət-ənənələrimizi yaşatmaqdan ibarətdir.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova və Xalça Muzeyinin elmi-bərpa və konservasiyası üzrə direktor müavini Yalçın Səlimov layihənin nəticələri barədə məlumat veriblər. Bildirilib ki, 41 gün ərzində həm muzeyin bərpa və konservatorları, həm də ölkəmizdə fəaliyyət göstərən digər mədəniyyət ocaqlarının əməkdaşları, bu sahələr üzrə təhsil alan tələbələr ustad dərslərində iştirak edib və təcrübə mübadiləsi aparıblar. Natiqlər layihənin unudulmaqda olan əl sənəti işlərini qoruyub gələcək nəsillərə çatdırmaq, bu sahədə yeni kadrların yetişdirilməsinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. (AZƏRTAC)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 662

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...